Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kişi ərə getmək istəyən keçmiş arvadını yandırmağa çalışdı

16.09.2019 13:56 5 928
Bakıda kişi ərə getmək istəyən keçmiş arvadını yandırmağa çalışdı
Sabunçu rayonu Maştağa qəsəbə sakinini keçmiş həyat yoldaşı yandırmaq istəyib.

Bu barədə Oxu.Az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, 1981-ci il təvəllüdlü Əhmədli Rasim İkram oğlu sentyabrın 15-də, saat 18:30 radələrində keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədzadə Aynur Rasim qızının evinə gəlib.

Nəticədə keçmiş həyat yoldaşları arasında münaqişə yaşanıb və bu müddət ərzində kişi qadının üzərinə benzin tökərək onu yandırmağa çalışıb. Bu zaman onların qızı polisə zəng edərək məlumat verib. Rasim Əhmədli cinayət yerindən qaçmağa çalışsa da, 14-cü Polis Bölməsinin əməliyyatçıları onu istintaqdan yayınmadan saxlayıblar.

İlkin dindirmə zamanı saxlanılan şəxs münaqişənin keçmiş həyat yoldaşının səhv davranışları səbəbindən yarandığını bildirib. Belə ki, R.Əhmədli iki qız anası olan A.Məmmədzadənin evə kənar adam gətirməsini qəbul edə bilməyib.

R.Əhmədli keçmiş həyat yoldaşının ona həyatını bundan sonra başqa biri ilə birləşdirmək istədiyini və buna görə onların evinə gəlməməsi ilə bağlı məlumat verdiyi mesajı göstərib.

Bunun ardından keçmiş ər qızlarının olduğu evə başqa bir kişinin gəlməsinə qəti şəkildə qarşı çıxaraq qızları ona verməyi tələb edib. Lakin qadın bu tələblə razılaşmayıb. Nəticədə R.Əhmədli benzin götürərək keçmiş həyat yoldaşının evinə gedib.

Hazırda sui-qəsd cəhdi ilə bağlı cinayət işi başlanılıb. İstintaq davam edir.

Son xəbərlər