Mojo.az Banner
23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |     22:04 Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı  |     21:59 Bakıda 46 küçədə təmir işləri yekunlaşdı  |     21:33 Cem Yılmaz xəstəxandan evə buraxıldı  |     21:26 Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü  |     21:21 Kosmosa uçan ilk jurnalist vəfat etdi  |     21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |    
Left Banner
Right Banner

III MDB Oyunları ilə bağlı rəsmi gerisayım mərasimi keçirilib

01.09.2025 12:59 1 065
III MDB Oyunları ilə bağlı rəsmi gerisayım mərasimi keçirilib
Gəncədə III MDB Oyunlarının rəsmi gerisayım mərasimi keçirilib.

Tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr müavini, gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirak ediblər.

Adil Tağıyev qeyd edib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində şəhərdə genişmiqyaslı təmir-tikinti işləri aparılır. Gəncədə, həmçinin Qafqazın ən böyük idman sarayı inşa olunub.

Mərasim çərçivəsində geniş ictimaiyyətə III MDB Oyunlarının rəsmi talismanları - Bəbir və Leyla təqdim olunublar.

Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə gerisayım saatlarının işə salınması olub.

III MDB Oyunları 28 sentyabr - 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.скачать dle 11.3
Mojo.az Banner