Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyənin yeni Baş Qərargah rəisi Azərbaycana səfər edəcək

29.08.2025 21:09 648
Türkiyənin yeni Baş Qərargah rəisi Azərbaycana səfər edəcək
"Hazırda Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir".

Bunu Türkiyənin Zəfər Bayramına həsr edilən mərasimdə Azərbaycan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev deyib.

O qeyd edib ki, əlaqələrin bu səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var:

"Ölkələrimiz arasında mövcud tarixi, dini, iqtisadi, mədəni və digər əlaqələr hərbi sahədə əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar yaradır".

General-polkovnik vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik prinsiplərinə söykənir. Bu Bəyannamədən irəli gələn tələblərə uyğun olaraq ordumuzun gücü artırılır, müdafiə sahəsində ardıcıl və zəruri tədbirlər həyata keçirilir.

"İyul ayında İstanbulda iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanan "Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu" hərbi əməkdaşlığımızı keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Avqustun əvvəlində isə Türk Silahlı Qüvvələrinin rəhbərliyində yeni təyinatlar oldu. Əminəm ki, bu dəyişikliklər də hərbi sahədə əməkdaşlığımızın inkişafına növbəti təkan verəcək. Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlunun yaxın günlərdə ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək", - Kərim Vəliyev əlavə edib.
//oxu.az

Son xəbərlər