Mojo.az Banner
15:03 Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı  |     14:56 Dünən dənizdə batan “Krosna”nın solisti imiş  |     14:49 Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"  |     14:34 Naxçıvanda təmir ediləcək yolların - Siyahısı  |     14:29 Dörd rayonda yanğın törədənlər tapılıblar  |     14:22 Azərbaycanda mənzillər bahalaşdı  |     14:14 Qırğızıstanda zəlzələ baş verib  |     13:51 İlk dəfə səfir təyin edilən Nərminə Mustafayeva kimdir? - DOSYE  |     13:40 "Sabah"ın pley-off mərhələsindəki oyununun stadionu və vaxtı açıqlanıb  |     13:19 Həmkəndlisini dəhrə ilə beş zərbə vuraraq öldürən şəxsə cəza verildi  |     13:09 "Bunu etsək Azərbaycanda bir dənə də işsiz adam qalmaz" — Fuad İbrahimov  |     12:56 Tikinti şirkəti mənzili gecikdirərsə, alıcı nə tələb edə bilər? – Hüquqşünas açıqladı  |     12:52 İstifadə olunmayan məzuniyyətə görə pul hansı halda ödənilir? – Hüquqşünas açıqladı  |     12:30 Rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     12:05 Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO  |     11:46 Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş həyat yoldaşı imiş - FOTO  |     11:25 37 azərbaycanlı Almaniyadan ölkəmizə gətirildi  |     11:24 Azərbaycanda 25 milyon manata tələbələr üçün yataqxana kompleksi tikiləcək  |     11:16 Siyəzəndə 79 yaşlı kişi kafedə öldü  |     23:01 Lənkəranda açıq sahədə yanğın başlayıb  |    
Left Banner
Right Banner

Baş Qərargah rəisi orduda rabitə vasitələri və informasiya texnologiyalarının təkmilləşdirilməsi tapşırığını verib

25.11.2023 17:06 2 400
Baş Qərargah rəisi orduda rabitə vasitələri və informasiya texnologiyalarının təkmilləşdirilməsi tapşırığını verib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi tapşırığını verib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunda bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkilinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov noyabrın 25-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin tabeliyindəki hərbi hissələrdən birində olublar.

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissənin ərazisindəki saxlanclara baxış keçirib.

Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnika nümunələri təqdim olunub. Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirmək üçün mövcud olan ən yeni texnoloji avadanlıqlar barədə məlumat verilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi bölmələrdə rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi və səmərəli tətbiqinə dair aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.скачать dle 11.3
Mojo.az Banner