Mojo.az Banner
Left Banner
Right Banner

II Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edildi, yaylım atəşi açıldı

27.09.2021 12:37 606
II Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edildi, yaylım atəşi açıldı
27 sentyabr - Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti II Fəxri xiyabana yürüş edib.

Yürüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti iştirak ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib, saat 12:00-da yaylım atəşi açılıb.скачать dle 11.3
Mojo.az Banner