Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

İsveçrə F-35 təyyarələri sifariş etdi və tələyə düşdü: Ekspertlər nə baş verdiyini izah edir

27.08.2025 21:36 657
İsveçrə F-35 təyyarələri sifariş etdi və tələyə düşdü: Ekspertlər nə baş verdiyini izah edir
2021-ci ildə İsveçrə F/A-18C/D qırıcılarını əvəzləmək üçün F-35 seçib. 2022-ci ildə ölkə 36 təyyarə üçün 6,25 milyard frank (o zaman 6,55 mlrd. dollar) dəyərində sifariş verib, lakin indi bu alış İsveçrəni "tələyə” salıb.

Bu barədə "Defense Express” yazır.

Ekspertlərin sözlərinə görə, müqavilədə sabit qiymət nəzərdə tutulmamışdı, buna görə də indi onun dəyəri 7,3 milyard İsveçrə frankına (9,1 mlrd. dollar) yüksəlib. Bundan başqa, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi 39%-lik əlavə ixrac rüsumları İsveçrənin iqtisadiyyatına ağır təsir edib.

"Zərbə yalnız saat və qəhvəyə dəymədi, həm də bu təyyarələrin alınmasının ləğv edilməsi ideyasını gücləndirdi. Amma İsveçrə hansı qərarı versə də – bu, həm pul, həm də vaxt itkisi olacaq”, – nəşrdə vurğulanır.

Analitiklərin fikrincə, əsas problem ondadır ki, hazırda İsveçrənin istifadəsində olan 30 F/A-18C/D qırıcısının istismar müddəti 2030-cu ilə qədərdir. F-35-dən imtina etmək, alternativ müqavilə bağlamaq və onu gözləmək ölkəni qırıcı aviasiyasız qoya bilər. Ona görə də mütəxəssislər mövcud təyyarələrin xidmət müddətini uzatmağın vacib olduğunu bildirirlər.

Hökumət bu müddətin 2035–2037-ci ilə qədər uzadılmasını 0,8–1 mlrd. frank (1–1,24 mlrd. dollar) olaraq qiymətləndirib. Bu isə hər bir F/A-18 üçün 5–7 il əlavə istismar xərci olaraq təxminən 33–41 milyon dollar deməkdir.

Ekspertlər əlavə edirlər ki, bu, F-35 alınması qərarının yaratdığı "tələnin” yalnız ilk mərhələsidir. İsveçrə bu təyyarələrdən imtina edib Avropa alternativlərinə yönəlsə, yalnız üç seçim qalacaq – "Rafale”, "Eurofighter” və "Gripen”. Lakin burada ikinci "tələ” ortaya çıxır.

Üç il əvvəl İsveçrə 36 F-35-i 6,55 mlrd. dollara, yəni hər biri üçün 182 mln. dollara almağı planlaşdırırdı. Halbuki Serbiya ilə müqaviləyə əsasən Rafale qırıcısının son məlum qiyməti 225 mln. avrodur. Bu isə faktiki olaraq İsveçrə üçün F-35-in indiki qiyməti (253 mln. dollar – təxminən 220 mln. avro) ilə eynidir. Üstəlik, istehsal tempi nəzərə alınanda "Rafale” üçün növbə 9 ilə qədər uzanır.

Gripen isə ən ucuz seçim hesab olunur. Taylandla müqaviləyə görə, onun hazırkı qiyməti silahsız 138,25 mln. dollardır. Amma "F-35 tələsi” burada da qalır – "Gripen” ABŞ istehsalı olan "General Electric”in F414-GE-39E mühərriki ilə uçur və bir sıra digər amerikalı komponentlərə malikdir. Yəni İsveçrənin "Gripen” alması üçün ABŞ-ın icazəsi lazımdır. Amma F-35 müqaviləsini pozmaq ABŞ-la münasibətləri kəskin şəkildə korlaya bilər.

"Eurofighter” variantı isə uzun müddətdir satılmadığından dəqiq qiyməti məlum deyil, lakin fərqin ciddi olmayacağı gözlənilir. Buna görə də ekspertlər hesab edirlər ki, İsveçrənin sadəcə F-35-dən imtina etməsi o qədər də asan deyil.

Xatırladaq ki, daha əvvəl Britaniyanın F-35 qırıcısı Yaponiyada texniki nasazlıq səbəbindən məcburi eniş etmişdi. Hadisə zamanı xəsarət alan olmayıb. Həmçinin İspaniya da F-35 almaq planından imtina edib və indi seçim qarşısında qalıb – ya "Eurofighter”, ya da gələcək nəsil FCAS layihəsi. 2023-cü ildə İspaniya yeni qırıcıların alınması üçün 6,25 mlrd. avro ayırsa da, əlavə 10,5 mlrd. avroluq müdafiə büdcəsinin başqa istiqamətlərə yönəldilməsi ABŞ istehsalı olan F-35-in alınmasını mümkünsüz edib.

Son xəbərlər