Mojo.az Banner
11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan dünyanın aparıcı ixracatçıları siyahısında, Ermənistan siyahıdan çıxarılıb

28.08.2019 21:47 3 560
Azərbaycan dünyanın aparıcı ixracatçıları siyahısında, Ermənistan siyahıdan çıxarılıb
Amerikanın "HowMuch" reytinq agentliyi dünyanın ən iri ixracatçı ölkələrinin siyahısını dərc edib. Siyahıda Azərbaycanın da adı var. Açıqlanan nəticələrin xidmət sahəsinə deyil, əmtəəyə aid olduğu xüsusi vurğulanır.

Analitiklərin sözlərinə görə, ixrac beynəlxalq ticarətin əsas aspektlərindəndir. Dünya ölkələri resurs və əmtəələrini satışa çıxarmaqla iqtisadiyyatlarını möhkəmləndirirlər.

Dünya iqtisadiyyatında ixrac üzrə liderlik edən ölkələr hansılardır? Əvvəlki kimi birinci yerdə Çin gəlir. 2018-ci ildə ölkə 2,5 trilyon dollarlıq əmtəə ixrac edib.

ABŞ ikinci yerdədir. Bu ölkə içki və qida da daxil olmaqla ərzaq məhsulları, xam neft, mülki təyyarələr, avtomobil hissələri və sənaye texnikası ixrac edir - 1,7 trilyon dollar.

O da qeyd olunur ki, ABŞ və Çin arasında ticarət müharibəsi davam edir və bu da ümumilikdə dünyanın ixracat sahəsinə ciddi təsir göstərə bilər.

Almaniya siyahıda üçüncü (1,6 trilyon dollar), Yaponiya dördüncü (738 milyard dollar) yerdədir. Gözlənilmədən siyahıda beşliyi Niderland tamamlayıb (723 milyard dollar).

Minimal ixrac dövriyyəsi olan ölkələr - Ermənistan və Gürcüstan isə siyahıdan çıxarılıb.

Azərbaycanda illik ixrac dövriyyəsinin 22 milyard dollar olduğu qeyd edilir. Siyahıda aşağıdakı ölkələr də yer alıblar: Rusiya (444 mlrd. dollar), Belarus – 34 mlrd., Qazaxıstan – 61 mlrd., Ukrayna - 47 mlrd., Türkiyə - 168 mlrd., Türkmənistan - 10 mlrd., İran - 108 mlrd., Özbəkistan - 11 mlrd., Latviya – 16 mlrd., Litva - 33 mlrd. və Estoniya – 17 mlrd. dollar.скачать dle 11.3
Mojo.az Banner