Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Çağırışçılardan rüşvət almaqda təqsirləndirilən sabiq komissara ittiham elan edildi

28.07.2025 17:00 702
Çağırışçılardan rüşvət almaqda təqsirləndirilən sabiq komissara ittiham elan edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə növbəti məhkəmə baxışı olub.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ramin Şükürovun vəkilləri vəsatət qaldıraraq müvəkkilinin eşitmə ilə bağlı ciddi problemi olduğundan məhkəmə prosesləri zamanı onların yanında əyləşməsini istəyiblər.

Prokuror bu vəsatətin əsassız olduğunu bildirsə də, məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib. Təqsirləndirilən sabiq şöbə rəisinin vəkilinin yanında əyləşməsi təmin edilib.

Daha sonra təqsirləndirilənlərlə bağlı dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.

Təqsirləndirilənlərin hər üçü ittihamla özlərini təqsirli bilməyiblər.

Sübutların araşdırılması ardıcıllığına görə məhkəmə istintaqı zamanı ilkin olaraq təqsirləndirilənlərə sərbəst ifadə üçün imkan yaradılsa da, vəkillər bununla bağlı şifahi vəsatət qaldıraraq ilk olaraq iş üzrə adları keçən şahidlərin dindirilməsini məhkəmədən istəyiblər.

Buna görə də növbəti prosesdə dindirilməsi nəzərdə tutulan şahidlərin məhkəmədə iştirakının təmin olunası ilə bağlı qərar qəbul edilib.

Növbəti proses sentyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, R.Şükürov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib.

Onların çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə xidmətin Nərimanov Rayon İdarəsində hərbi qeydiyyatda olan vətəndaşın dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik göstərilməsi ilə bağlı sonuncudan 30 min manat məbləğində pul vəsaitini alaraq həmin şəxsə hərbi biletin verilməsinə nail olmaqla vəzifəli şəxslərin və hərbi həkim komissiyasının qərarına qanunsuz təsir göstərməsinə (nüfuz alveri etməsinə) əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

Ramin Şükürov barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
//oxu.az

Son xəbərlər