Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir |
Mojo.az Avto
Mojo.az Avto

Qıza qarşı əxlaqsızlıq edən şəxslərə AĞIR CƏZA

25.07.2025 12:04 783
Qıza qarşı əxlaqsızlıq edən şəxslərə AĞIR CƏZA
Şirvan Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və seksual xarakterli hərəkətlərə məcbur etmədə təqsirləndirilən Nahid Quliyev və Rizvan Balayevin (hər iki şəxsin adları, soyadları şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, 2008-ci il təvəllüdlü Nahid Quliyev və Rizvan Balayev cinsi ehtiraslarını pozğun formada təmin etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 14 yaşına çatmayan - 2010-cu il təvəllüdlü, zərərçəkmiş S.S.-ni (adı, soyadı şərtidir) 2023-cü ilin avqust ayında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda iki dəfə, həmin ilin sentyabr ayında isə bir dəfə Astara rayonu ərazisində yerləşən orta məktəblərinin birinin sinif otağında və zirzəmisində zor tətbiq ediblər. Onlar qızın qollarını arxada tutub sıxıb, şillə ilə vuraraq müqavimət imkanlarından məhrum edib və seksual xarakterli zorakılıq hərəkətləri ediblər.

Bundan başqa, Nahid zərərçəkmiş şəxsin həyatının sirri olan məlumatları əks etdirən videoçəkliş materiallarının başqasına verilməsi və qanunsuz toplanması məqsədi ilə Rizvanın S.S.-yə qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətlərini məhkəməyə məlum olmayan tarixdə və vaxtda icra edən zaman öz telefonu ilə videoçəkilişini edərək qanunsuz toplayıb. 2024-cü ilin yanvar ayının sonlarında isə həmin videoçəkiliş materiallarını telefon vasitəsilə Rəhmana göndərib başqasına verməklə S.S.-nin şəxsi həyatının toxunulmazlığı hüququnu pozub.

Bundan başqa, hər iki şəxs 2024-cü ilin fevral və mart aylarında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda iki dəfə və 6 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda bir dəfə sözügedən məktəbin sinif otağında və zirzəmisində zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid Quliyev və Rizvan Balayevin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər