Mojo.az Banner
19:30 ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını açıqladı  |     19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Əməliyyat otağında çəkiliş: Bloqerin skandal paylaşımı dövlət qurumunu hərəkətə keçirdi - Video

24.07.2025 11:45 1 110
Əməliyyat otağında çəkiliş: Bloqerin skandal paylaşımı dövlət qurumunu hərəkətə keçirdi - Video
Bloqeri reklam çəkilişi üçün əməliyyat otağına buraxıblar.

Hadisə özəl klinikalardan birində qeydə alınıb.

Belə ki, məşhur bloqer Arifə Məmmədova sosial şəbəkə hesabında paylaşım edərək əməliyyata həkimlə birlikdə girdiyini və proses boyunca orada olduğunu bildirib. Onun bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Əməliyyat otağına kənar şəxsin daxil olması və hər hansı video çəkilişin aparılması nə dərəcədə düzgündür?

Tibb üzrə ekspert Adil Qeybulla hesab edir ki, xəstəyə aid məlumatların maraq naminə ictimailəşdirilməsi yolverilməzdir və qanunvericiliyə ziddir.

"Xəstə sirrinin bu cür yayılması hüquqa ziddir. Bloqerlər də fəaliyyətlərinin sərhədlərini bilməlidirlər. Onlar başa düşməlidirlər ki, bəzi hallarda hərəkətləri hüquqi məsuliyyətə səbəb ola bilər. Əməliyyat otağına kənar şəxslərin, xüsusilə də bloqerlərin daxil olması yolverilməzdir. Bloqerin əməliyyat otağında nə işi var?! Bu səbəbdən lisenziya sisteminə keçid vacibdir ki, hər kəs öz yerini və səlahiyyətini bilsin", - deyə ekspert bildirib.

Məlum görüntülərlə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, məsələ Analitik Ekspertiza Mərkəzində yaradılan işçi qrupu tərəfindən ciddi şəkildə araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Ətraflı Baku TV-nin süjetində:скачать dle 11.3
Mojo.az Banner