Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Erməni əsirliyində olmuş azərbaycanlı: "İşgəncələrə məruz qalırdım, döyülürdüm"

17.07.2025 14:18 819
Erməni əsirliyində olmuş azərbaycanlı:
İyulun 17-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Məmmədov 1993-cü ilin fevral ayında döyüşlər zamanı əsir götürüldüyünü söyləyib.

O, Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində, o cümlədən evlərdən birinin zirzəmisində, Xankəndidə, Şuşa həbsxanasında saxlanıldığını deyib. Əlavə edib ki, əsirlikdə saxlanılan zaman işgəncələrə məruz qalıb, dəyənəklə, yumruq və təpiklə döyülüb. Əsirlikdə olduğu üç ay müddətində ona az miqdarda çörək və su verilib.

Zərərçəkmiş Maarif Rüstəmov ifadəsində 2020-ci ildə baş vermiş 44 günlük müharibədə iştirakı zamanı ağır yaralandığını söyləyib. O, hadisənin sentyabrın 27-də Kəlbəcər rayonu istiqamətində, Murovdoğda baş verdiyini bildirib. Deyib ki, həmin vaxt özündən başqa daha 2 nəfər yaralanıb, 4 nəfər şəhid olub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Son xəbərlər