Mojo.az Banner
17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |     15:30 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb  |     14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |     12:59 Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB  |     12:52 Zubir Səudiyyə klubunda çıxış edə bilməyəcək  |     12:46 ABŞ-İran gərginliyi neftin qiymətini artırdı  |    
Left Banner
Right Banner

Zərərçəkmiş şəxs Levon Mnatsakanyanı tanıyıb: "Başıma yumruqla, avtomatın qundağı ilə vururdu"

02.10.2025 14:37 600
Zərərçəkmiş şəxs Levon Mnatsakanyanı tanıyıb:
Bakı Hərbi Məhkəməsində oktyabrın 2-də Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş şəxs İlham Məmmədov ifadə verib.

O, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən, posta gedən zaman Haramı düzündə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. İ.Məmmədov deyib ki, həmin vaxt silahsız olub. Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu döyüb, işgəncələrə məruz qoyublar. İ.Məmmədov bildirib ki, onu döyən zabitlərdən biri xüsusi qəddarlıq nümayiş etdirib. O, həmin zabitin adını sonradan öyrəndiyini, onun adının Levon olduğunu deyib.

Zərərçəkmiş şəxs dövlət ittihamçılarının suallarına cavabında təqsirləndirilən şəxs Levon Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib və deyib: "O, başıma yumruqla, sonra isə avtomatın qundağı ilə vururdu. Məni səngərin üstünə çıxarıb avtomatla atəş açdı. Həmin vaxt arxam Azərbaycan Ordusunun mövqelərinə tərəfə idi. Elə yerdə durmağa məcbur etmişdi ki, bizimkilər bilmədən məni vura bilərdilər. Sonra məni məcburi olaraq minalı ərazilərdə gəzdirdilər".

İ.Məmmədov Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində bir həftə saxlanılıb. Sonra isə Ermənistana göndərilib. 6 ay 15 gün saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

Zərərçəkmiş müdafiə tərəfinin suallarına cavabında əsir götürülənə qədər L. Mnatsakanyanı əvvəllər tanımadığını, həmin vaxt vəzifəsini bilmədiyini söyləyib. "Ancaq həmin vaxt ona olan münasibətə görə təxmin edirəm ki, vəzifəsi qərargah rəisi idi".

O, Levon Mnatsakanyanın suallarına cavabında 1973-cü ildə anadan olduğunu, əsir götürülən zaman baş leytenant rütbəsində olduğunu bildirib. Zərərçəkmiş deyib: "Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərkən zabit rütbəsi verdilər. Orada hərbi kafedra var idi".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner