Mojo.az — elanlar
Son Xəbərlər
19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur aktrisa özündən 11 yaş kiçik aktyorla sevgilidir

15.07.2025 21:45 654
Məşhur aktrisa özündən 11 yaş kiçik aktyorla sevgilidir
Hollivud aktrisası Cessika Alba özündən 11 yaş kiçik olan aktyor Deni Ramireslə romantik münasibət qurub.

Bu barədə "Daily Mail" yazıb.

44 yaşlı Cessika Alba 33 yaşlı Deni Ramireslə birlikdə Kankuna uçan təyyarəyə minərkən görülüb. Məlumata görə, sevgililər 13 iyulda birlikdə Los-Ancelesə qayıdıblar. Onların tanışlıq tarixi məlum deyil.

"People" jurnalının mənbəyə istinad edərək verdiyi məlumata görə, Cessika Alba hazırda ciddi münasibət üçün hazır deyil: "Boşanmadan sonra diqqət mərkəzinə çevrilib. O, azadlığından zövq alır. Görüşləri olsa da, heç nə ciddi deyil, o, uşaqlarına və özünə diqqət yetirir. Hazırda münasibətlər onu maraqlandırmır".

24 mayda aktrisa Londonun Ricent Parkında naməlum kişi ilə gəzintidə görüləndə pərəstişkarları bunu onun yeni sevgilisi kimi şərh ediblər.

Cessika Alba 20 illik evlilikdən sonra Keş Uorrenlə yanvar 2025-də boşanıb. Səbəb kimi fikir ayrılıqları göstərilib. Cütlüyün 16 yaşlı Onor Mari, 13 yaşlı Hevın Qarner və 7 yaşlı Heys adlı övladları var.
//qaynar

Son xəbərlər