Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Sabirabadda 85 yaşlı qadın döyülərək öldürüldü - Oğlu TUTULDU

14.07.2025 13:12 756
Sabirabadda 85 yaşlı qadın döyülərək öldürüldü - Oğlu TUTULDU
Sabirabad rayonunda 85 yaşlı qadının döyülərək qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə pul üstündə olub. Belə ki, Mürsəlli kənd sakini, 1972-ci il təvəllüdlü Ağamirzə Zeynalov içki düşkünü olub. O, anasının pensiya kartını özündə saxlayıb, həmin pensiyanın pulu ilə mütəmadi spirtli içki alıb, içirmiş. A.Zeynalov nadir hallarda fəhlə işləyib, pul qazanırmış.

A.Zeynalovun anası, 1940-cı il təvəllüdlü Balabikə Zeynalova iyulun 13-də səhər saatlarında oğlunun cibindən özünə məxsus pensiya kartını götürüb gizləyib. Günorta saatlarında yuxudan oyanan A.Zeynalov yenə spirtli içki almaq üçün yaxınlıqdakı mağazaya gedib və içkinin pulunu vermək istəyəndə pensiya kartının üstündə olmadığını görüb. İçkini nisyə alan A.Zeynalov evə qayıdaraq anasından pensiya kartını soruşub. B.Zeynalova kartın özünə məxsus olduğunu bildirib və bir də ona pensiyasını verməyəcəyini deyib.

Bundan sonra əsəbiləşən A.Zeynalov nisyə aldığı içkini qəbul edib, anasını döyməyə başlayıb. Qadının bədəninin müxtəlif hissələrinə yumruq və təpik zərbələri endirən A.Zeynalov B.Zeynalovanın başını bir neçə dəfə evin pilləkənlərinə vurub. Nəticədə qadın ağır kəllə-beyin travmaları ilə komatoz vəziyyətə düşüb.

Qonşuların köməyi ilə qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

* * * * *

Hadisə rayonunun Mürsəlli kəndi ərazisində baş verib.


Kənd sakini, 1940-cı il təvəllüdlü Balabikə İslam qızı Zeynalova bədənində döyülmə xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Qadının xəsarətləri ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə qadının oğlu, 1972-ci il təvəllüdlü Ağamirzə İltimas oğlu Zeynalov saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib. Məlumata görə, oğul anasını pul üstündə döyüb öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər