Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Zəngilanda avtoyumanın işçisini öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI

19.08.2025 15:16 783
Zəngilanda avtoyumanın işçisini öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI
Zəngilan rayonunda 1971-ci il təvəllüdlü Elman Zeynalovun avtomobillə qəsdən vurularaq öldürülməsinin təfərrüatı məlum olub.

Oxu.az-ın məlumatına görə, qətlə yetirilən E.Zeynalov 2022-ci ildə Ağalı kəndinə köçən ilk sakinlərdən olub və ona məşğulluq xidməti tərəfindən avtoçilingər alətləri də verilib. Əsasən avtomobil təmiri ilə məşğul olan E.Zeynalov həmçinin avtoyuma məntəqəsi də işlədirmiş.

Kənd sakini, 1980-ci il təvəllüdlü Elçin Abdullayevlə onun arasında dünən avtomobil təmiri ilə bağlı mübahisə yaranıb. Mübahisə qısa müddətdə sona çatıb və E.Abdullayev evinə gedib. E.Zeynalov isə avtoyuma məntəqəsinin qarşısında çölə qoyduğu dəmir çarpayıya uzanıb telefonuna baxırmış. E.Abdullayev qəflətən özünə məxsus "Ford Transit" markalı yük avtomobilini işə salaraq E.Zeynalovun üzərinə sürüb və onu çarpayı ilə birlikdə vurub. E.Zeynalov avtomobilin altına düşərək, ağır xəsarətlər alıb. Sakinlər onu xəstəxanaya aparmaq istəsə də, E.Zeynalov yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 1980-cı il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib.

* * * * *

Zəngilanda piyadavurma hadisəsi olub.

Hadisə rayonun Ağalı kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1971-ci il təvəllüdlü Elman Zeynalov işlədiyi avtoyuma məntəqəsinin qarşısında "Ford Transit" markalı yük maşını ilə vurulub. O, xəstəxanaya aparılan zaman yolda vəfat edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən sürücü, 1980-ci il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib.

İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner