Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Litva ordusu Belarusdan ölkə ərazisinə daxil olan dronun niyə vurulmadığına aydınlıq gətirib

12.07.2025 21:44 684
Litva ordusu Belarusdan ölkə ərazisinə daxil olan dronun niyə vurulmadığına aydınlıq gətirib
"Dinc dövrdə hava hədəflərinin məhv edilməsi tamamilə istisna hallarda həyata keçirilir".

Median.Az
"Delfi" saytına istinadla xəbər verir ki, bu barədə Litva ordusunun iyulun 10-da Belarusdan ölkə ərazisinə daxil olan dronun niyə vurulmamasına dair bəyanatda bildirilib.

"Sülh dövründə sivil ölkələr dövlət sərhədini pozsalar belə, təhlükə yaratmayan obyektləri vurmurlar.

Sülh dövründə hava hədəfləri izlənilir, identifikasiya olunur və yalnız müdafiə nazirinin qərarı ilə məhv edilir", - deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, NATO Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən də məhvetmə qərarı qəbul oluna bilər.

Bir şərtlə ki, hədəfi alyansın hava məkanının patrulu üzrə missiyasının qırıcıları vursunlar.

Xatırladaq ki, iyulun 10-da Belarusdan Litva ərazisinə daxil olan obyekt yerə düşüb. Sonradan məlum olub ki, bu, Rusiyanın "Qerbera" pilotsuz uçuş aparatıdır.

"Qerbera" "Geran-2" zərbə dronunu təqlid edən faner və penoplastdan hazırlanmış saxta hədəfdir.

Son xəbərlər