Mojo.az Banner
22:35 Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO  |     22:29 Tramp: "Hörmüz boğazına İranla birgə nəzarət edəcəyik"  |     22:22 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq  |     22:15 Tramp: İran razılaşmaya hazırdır, Tehran kompromisə getmək niyyətindədir  |     22:08 Bakıda tıxac problemini azaltmaq üçün yeni yollar tikiləcək - VİDEO  |     22:00 Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub  |     21:54 Braziliyanın XİN başçısı vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib  |     21:48 "Tamaşaçılar bizim zövqümüzü korlayır"  |     21:40 SEPAH-ın Tehrandakı əsas qərargahı vuruldu  |     21:34 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO  |     21:21 Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər bölgəsində təhlükəsizliyi müzakirə edib  |     21:10 KİV: Kolumbiyada göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğrayıb  |     21:02 Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü  |     20:58 "Tasnim": İran qarşıdakı günlərdə müharibə ilə bağlı yeni “sürprizlər” planlaşdırıb  |     20:40 Dollar Yaxın Şərqdə gərginliyin yeni dalğası fonunda yüksəlir  |     20:30 Avropadakı vulkan hər an oyana bilər - Alimlər fəlakət barədə xəbərdarlıq edir  |     20:29 Tramp: "Mən İran liderinin öldürülməsini istəmirəm"  |     20:14 Erol Köse 16-cı mərtəbədən yıxılaraq öldü  |     20:08 Şəmkirdə eyni vaxtda iki qəza olub: Dörd nəfər xəsarət alıb  |     19:52 İranda 550 saatdan çoxdur internet tam kəsilib  |    
Left Banner
Right Banner

Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

10.07.2025 11:54 438
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

Median.Az
"Report"a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.скачать dle 11.3
Mojo.az Banner