Mojo.az Banner
18:17 Sabunçuda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     18:11 Formula 1 Çin Qran-Prisində qalib məlum oldu  |     18:04 "Bitcoin" və "Ethereum"un dəyəri artır  |     17:52 Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu  |     17:44 Həbsdə olan oğlunu azad etdirəcəyini dedi, minlərlə manatı ələ keçirdi  |     17:42 Bakıda Novruz ərəfəsində geniş təmizlik işləri aparılıb  |     17:40 Bakıda ailədaxili münaqişə QANLA BİTDİ - Saxlanılan var  |     17:33 Samvel Karapetyan ev dustaqlığında qalacaq  |     17:32 Kirayə müqaviləsi olmayanları nə gözləyir? - Video  |     17:23 Şri-Lanka 84 iranlı dənizçinin qalıqlarını geri qaytardı  |     17:12 Rəqsanə İsmayılovanın Gəncədəki konserti LƏĞV OLUNDU  |     17:06 Millimiz FIBA Çempionlar Kubokunda növbəti matça çıxdı  |     16:54 Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi  |     16:42 Hava kəskin dəyişir, bəzi ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ  |     16:25 Aİ-nin xüsusi nümayəndəsi: "Mərkəzi Asiya Azərbaycanla əməkdaşlığı genişləndirməlidir"  |     15:50 İşlədiyi ofisdən 9000 dollarlıq fotoaparat oğurlayan qadın tutuldu  |     15:38 Pakistanlı diplomat İrandan ölkəmizə təxliyə olundu  |     15:29 Xəzər dənizi sahilində quşların kütləvi ölümü: Yeni epidemiya, yoxsa qida çatışmazlığı? - Video  |     15:22 Güclü külək əsəcək - Xəbərdarlıq  |     15:21 Bakıda ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı  |    
Left Banner
Right Banner

Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

08.05.2025 12:22 741
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Qeyd edək ki, məhkəməsi keçirilən şəxslər Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.скачать dle 11.3
Mojo.az Banner