Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Hindistandan Rusiyaya bir milyon əmək miqrantı köçəcək

09.07.2025 18:06 1 314
Hindistandan Rusiyaya bir milyon əmək miqrantı köçəcək
Rusiya yüksək ixtisaslı kadr çatışmazlığını kompensasiya etmək üçün Hindistandan bir milyon əmək miqrantı cəlb etməyi planlaşdırır.

Median.Az-
ın EAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin bildirib.

"Hindistanlı həmkarlarımdan eşitdiyimə görə, ilin sonuna qədər bu ölkədən Rusiyaya, o cümlədən Sverdlovsk vilayətinə bir milyon mütəxəssis gələcək. Yekaterinburqda bu ölkənin yeni baş konsulluğu açılır ki, o da bu məsələlərlə məşğul olacaq", - deyə o, müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, Rusiya sənaye müəssisələri istehsal gücünü artırmalıdır, lakin regionda kəskin işçi qüvvəsi çatışmazlığı yaşanır. Bəzi işçilər Ukraynada müharibəyə cəlb olunub, gənclər isə fabriklərdə işləməyə həvəs göstərmirlər ki, bu da Besedinin fikrincə, ölkədə əvvəllər yol verilmiş ideoloji səhvlə bağlıdır.

Hindistanla yanaşı, Şri-Lanka və Şimali Koreya ilə də iş aparılır.

Yeni işçilər ilk növbədə yüksək ixtisaslı mütəxəssislər tələb olunan metallurgiya və maşınqayırma sənayesinə göndəriləcək.

Son xəbərlər