Mojo.az — elanlar
Son Xəbərlər
20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Microsoft" 40 ildən sonra mavi ekranla vidalaşır

28.06.2025 22:55 777
Təxminən 40 il ərzində "Windows" istifadəçilərinin yaddaşında qalan və "Ölümün mavi ekranı" (BSOD) kimi tanınan sistem xətası ekranı tarixə qovuşur.

Valyuta.az xəbər verir ki, "Microsoft" rəsmi bloqunda yayımladığı məlumatda bu ekranın yenilənərək "Windows 11" sisteminə inteqrasiya ediləcəyini və artıq "Ölümün qara ekranı" adlandırılacağını açıqlayıb.

İllər boyunca hava limanlarında, televiziya studiyalarında və milyonlarla cihazda qəfil donmalarla yadda qalan bu simvolik mavi fonlu xəta ekranı yeni dizaynda qara fonda təqdim olunacaq. Əvvəlki versiyalarda yer alan kədərli üz simvolu və QR kod da ekrandan çıxarılır. Əvəzində sistem xətaları ilə bağlı stop kodları və səhvə səbəb olan sürücünün adı birbaşa ekranda göstəriləcək. Bu dəyişiklik texniki komandalar üçün problemi daha sürətli müəyyənləşdirməyə imkan yaradacaq.

"Microsoft"un bu qərarı sadəcə vizual dəyişikliklə kifayətlənmir. Bu addım ötən il yaşanan genişmiqyaslı "CrowdStrike" böhranından sonra başlatdığı "Windows dözümlülük təşəbbüsü" çərçivəsində atılıb. Xatırladaq ki, "CrowdStrike"ın buraxdığı nasaz yeniləmə nəticəsində 8,5 milyon "Windows" cihazı işləməz hala düşmüş, bir çox biznes, ictimai xidmət və rəqəmsal infrastruktur saatlarla fəaliyyət göstərə bilməmişdi. Sözügedən hadisə "Microsoft"u həm aparat, həm də proqram təminatı səviyyəsində təhlükəsizlik tədbirlərini yenidən nəzərdən keçirməyə vadar edib.

Yeni sistemlə birlikdə bu yay istifadəyə veriləcək daha bir yenilik – "Quick Machine Recovery" funksiyası olacaq. Bu funksiya sayəsində qəza nəticəsində avtomatik olaraq bağlanmayan və ya yenidən başlatmayan cihazlar tez bir zamanda bərpa olunacaq. Məqsəd, qəza zamanı istifadəçilərin minimum fasilə ilə fəaliyyətlərini bərpa etməsini təmin etməkdir.

Şirkət bu dəyişikliyi "sadələşdirilmiş istifadəçi interfeysi" kimi təqdim etsə də, BSOD texnologiya dünyasının 1985-ci ildən bəri simvolik elementlərindən biri sayılır. Bu ekran HTML-in belə mövcud olmadığı, "Facebook"un qurucusu Mark Zukerberqin uşaq yaşlarında olduğu dövrdən qalma bir texnologiya relici hesab edilir. İndi isə mavi fonlu xatirələri texnoloji inkişafın növbəti mərhələsində qara fonla əvəz edəcəyik.

Son xəbərlər