Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Windows 11 rəsmi şəkildə istifadəyə verilib

07.10.2021 23:47 1 098
Windows 11 rəsmi şəkildə istifadəyə verilib
Windows 11 əməliyyat sisteminin stabil versiyası rəsmi şəkildə istifadəyə verilib. Windows 11 vasitəsilə çalışan yeni Microsoft Surface kompüterlərinin sabah satışa çıxacaqlarına baxmayaraq şirkət Windows 10 ilə çalışan uyğun kompüterlərdə yeni əməliyyat sisteminə keçid imkanını artıq aktivləşdirib. Əgər siz bir neçə müddət bundan öncə Windows 10 vasitəsilə çalışan kompüter almısınızsa çox güman ki, artıq Windows 11-ə keçid edə bilərsiniz. Qeyd etmək lazımdır ki, Microsoft yeni əməliyyat sisteminin istifadəyə verilməsi prosesini mərhələli şəkildə reallaşdıracaq.

Bu isə o deməkdir ki, bütün kompüterlər bugün Windows 11-ə keçid etmək imkanına sahib olmayacaqlar. Microsoft hələ Windows 11-in təqdimatı zamanı bildirmişdi ki, Windows 10 vasitəsilə çalışan və yeni əməliyyat sisteminin tələblərinə uyan bütün kompüterlərdə Windows 11 2022-ci ilin ortasına kimi istifadəyə veriləcək. Başqa sözlə desək, bəzi istifadəçilər Windows 11-i hələ yarım ildən bir qədər çox gözləməli olacaqlar.

Kompüterinizin Windows 11 yenilənməsini dəstəkləyib-dəstəkləmədiyini Windows 10-un ayarlarındakı "Windows Update" bölməsindən öyrənmək olar. Bununla yanaşı istifadəçilər yeni əməliyyat sisteminin ISO obrazını yükləyərək onu fərdi şəkildə quraşdıra bilərlər. Qeyd etmək lazımdır ki, Windows 11 yenilənmiş istifadəçi interfeysini, vidjetləri, Start panelini yeilənmiş Microsoft Store mağazasını və inteqrasiya edilmiş Microsoft Teams platformasını əldə edib. Bunlar yeni əməliyyat sistemində reallaşdırılmış yeniliklərin bir hissəsidir. Yaxın gələcəkdə Windows 11 hətta Android tətbiqlərin dəstəyini də əldə edəcək.скачать dle 11.3

Son xəbərlər