Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Euronews”: Bakı qlobal enerji dialoqu üçün platformadır

26.06.2025 20:05 567
“Euronews”: Bakı qlobal enerji dialoqu üçün platformadır
“Euronews” telekanalı bu il 30 illik yubileyini qeyd edən Bakı Enerji Həftəsinə həsr olunmuş yeni reportaj hazırlayıb.

“Report”un verdiyi xəbərə görə, süjetdə qeyd olunur ki, 2-4 iyun tarixlərində keçirilən tədbir qlobal enerji təhlükəsizliyi, davamlı inkişaf və enerji keçidi məsələlərinin müzakirə edilməsi məqsədilə enerji sektorunun liderlərini bir araya gətirib.

Enerji Xartiyası Katibliyinin baş katibinin səlahiyyətlərini icra edən Atsuko Hirose telekanala müsahibəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini və universal mexanizmlərin aktuallığını vurğulayıb.

"Əminəm ki, müqaviləmiz son dərəcə vacib olaraq qalır. 2024-cü ilin dekabrında müqaviləyə yeni istiqamətləri - hidrogen, ammonyak, bioqaz, biometan, sintetik yanacaq növlərini, həmçinin karbonun tutulması, istifadəsi və saxlanması texnologiyalarını əhatə edən mühüm düzəlişlər edilib. Bu məsələlər 30 il əvvəl gündəmdə deyildi", - o qeyd edib.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktorunun müavini Qauri Sinqh isə xəbərdarlıq edib ki, 2030-cu ilə qədər bərpa olunan enerjinin payını üç dəfə artırmaq üçün göstərilən səylər kifayət deyil. Bu hədəfə çatmaq üçün illik 1,5 trilyon ABŞ dollar məbləğində investisiya tələb olunur.

Sinqh Çin, ABŞ və Aİ ölkələrində bərpa olunan enerji mənbələrinin sürətli tətbiq tempini qeyd edib, lakin inkişaf etməkdə olan bazarlar üçün daha əlçatan maliyyələşdirmənin təmin edilməsinin vacibliyini vurğulayıb.

"Növbəti onillik həlledici olacaq. Məhz bu dövrdə karbon neytrallığına nail olmaq məqsədilə hədəf göstəricilərinə çatmaq üçün möhkəm təməl qoymalıyıq. Aydındır ki, söhbət təkcə bərpa olunan enerji payının artırılmasından getmir - bu iş davam etdirilməlidir. Lakin biz həm də enerji şəbəkələrini və onları dəstəkləyən infrastrukturu gücləndirməliyik", - o əlavə edib.

Son xəbərlər