Mojo.az Banner
15:00 Azərbaycan nefti ucuzlaşıb  |     14:54 Gəncədəki kütləvi davanın TƏFƏRRÜATI - Gəncləri ayırmağa çalışarkən ÖLDÜRÜLDÜ - FOTO (Yenilənib)  |     14:13 Bu yolla pensiyanız arta bilər — Akif Nəsirli  |     14:05 Azərbaycanda hansı mistik xidmətlərin reklamı qadağandır? —2000 manat CƏRİMƏ  |     12:59 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     12:52 Astarada 18 kiloqram narkotik vasitə aşkarlandı  |     12:40 FHN-dən çimərliyə gedənlərə XƏBƏRDARLIQ  |     12:33 Bakıda ofisdən meyit tapıldı  |     12:20 “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxarılır  |     12:09 Ağcabədidə qəza: Ölən və yaralanan var  |     12:01 Qızıl bahalaşdı  |     11:56 Ceyhun Bayramov Ukraynaya getdi  |     11:50 Dubaydakı mağazalarda artıq kriptovalyuta ilə ödənişlərə başlanılıb  |     11:37 "Google" məşhur xidmətini LƏĞV EDİR: "Gemini" ilə əvəzlənəcək  |     11:30 Gecələr tez-tez oyanmağın üç qeyri-aşkar səbəbi  |     11:24 İctimai "Wi-Fi" şəbəkələrinə qoşularkən DİQQƏT: Saxta yeniləmə tələsi  |     11:15 Alimlər itlərdə allergiyaya səbəb olan geni dəyişdilər  |     11:10 Ağstafada mağaza sahibi müştərini ürəyindən bıçaqladı  |     11:04 Bakıdakı məşhur ticarət mərkəzində faciəli şəkildə ölən şəxs usta imiş  |     23:01 Ceki Çan Bakıda fanatlarını belə salamladı (Video)  |    
Left Banner
Right Banner

Kiberməkanda genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ

23.06.2025 16:54 762
Kiberməkanda genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrin yaydığı məlumata əsasən, bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edir. Mövcud məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınmış ən böyük məlumat sızmalarından biri hesab olunur.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Sözügedən məlumat bazasında "Apple", "Google", "Facebook", "GitHub", "Telegram" kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial şəbəkələr, VPN xidmətləri və dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır. Bildirilib ki, bu məlumatlar çox sayda zərərverici proqram təminatı ("infostealer"lər) vasitəsilə toplanıb və onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə "blacklist.gov.az" platformasına göndərməyi tövsiyə edir.скачать dle 11.3
Mojo.az Banner