Mojo.az Banner
12:15 Fəvvarədə çimmək ölümlə nəticələnə bilər - Mütəxəssisdən xəbərdarlıq  |     12:14 Nazir: "Azərbaycanda ƏDV hesablarındakı vəsaitlərin istifadəsi genişləndiriləcək"  |     11:56 Bakıda iş saatları dəyişdirilir - Hazırlıq başlayıb  |     11:51 İran səfirindən ABŞ-yə neftin qiyməti ilə bağlı XƏBƏRDARLIQ  |     11:44 Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR  |     11:31 Bəzi rayonlara leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA  |     11:19 Beren Saat, Kenan Doğulu və Enis Arıkan saxlanıldılar - TAM SİYAHI (Yenilənib)  |     11:11 Yaxın Şərqdəki gərginlik fonunda dünya bazarında NEFT BAHALAŞIR  |     23:00 Uşaqları virtual təhlükədən necə qorumaq olar? - VİDEO  |     22:52 Mikayıl Cabbarov: "Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb"  |     22:48 Bakıda da peyda olmağa başlayır - Qarşınıza çıxsa, dərhal uzaqlaşın  |     22:41 Lavrovdan Paşinyana açıq xəbərdarlıq: İki stulda oturmaq olmaz  |     22:36 Bakıda sürücü sükan arxasında öldü  |     22:29 Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcəklər (XƏBƏRDARLIQ)  |     22:22 Azovda həlak olanların nəşi vətənə gətirildi  |     22:16 "Paşinyanı dəstəklədiyim üçün çox qürur duyuram" - Trampdan təbrik  |     22:11 Hacıqabulda açıq ərazidə yanğın söndürüldü  |     22:02 Bakıda bağçada valideynlərdən pul yığılır? - İDDİA - VİDEO  |     21:55 Tramp: İranla razılaşma 2–3 gün ərzində imzalana bilər  |     21:51 Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib  |    
Left Banner
Right Banner

Alatavada qanunsuz söküntü ilə bağlı həbs edilən ekskavator sürücüsü AZADLIĞA BURAXILDI

23.06.2025 13:28 528
Alatavada qanunsuz söküntü ilə bağlı həbs edilən ekskavator sürücüsü AZADLIĞA BURAXILDI
Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsü barəsində qərar verilib.

Median.Az
APA-ya istinadla xəbər verir ki, söküntü ilə bağlı saxlanılan Qala Eynullayev azadlığa buraxılıb.

Məlumata görə, bu, zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra baş verib.

Xatırladaq ki, ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bu il martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində qanunsuz söküntü işləri aparılıb.

Fakta görə, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, söküntü işləri aparan ekskavator sürücüsü Eynullayev Qala Seymur oğlu saxlanılıblar.

Qalib Məmmədov və Qala Eynullayev barəsində martın 29-da Xətai Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Qalib Məmmədova Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner