Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Vətəndaşın evini başına uçurdan "Melissa Group"un rəhbəri ilə yanaşı, daha bir nəfər HƏBS EDİLDİ (YENİLƏNİB)

29.03.2025 15:06 1 410
Vətəndaşın evini başına uçurdan
Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan ekskavatorun sürücüsü ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

APA xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin olunub.

Qala Seymur oğlu Eynullayev barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

* * * * *

Qanunsuz söküntü işləri ilə bağlı saxlanılan "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədova verilən ittiham məlum olub.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Qalib Məmmədova Cinayət Məcəlləsinin 186.2.1 (özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

Xətai Rayon Məhkəməsində Qalib Məmmədovun müdafiəçiləri tərəfindən verilən ev dustaqlığı ilə bağlı vəsatət rədd edilib və onun barəsində 1 ay müddəti həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə iş icraçısı və ekskavatorun sürücüsü Qala Seymur oğlu Eynullayev da məsuliyyətə cəlb olunub. Ona da eyni ittihamlar verilib və Xətai Rayon Məhkəməsi onun barəsində təqdimat daxil olub. Yaxın vaxtlarda onun da barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.

* * * * *

Yasamalda yaşayış olan evi sökən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb:

"Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək".

Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb. Eyni zamanda Q.Məmmədov martın 28-si faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılmışdı.скачать dle 11.3
Mojo.az Banner