Milli Məclis müflis elan olunan şəxslərə yeni tələb qoyulmasını təsdiqləyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Qanunsuz əyləncənin qurbanları: Günahkar kimdir?  |     22:52 Maşınlardakı bu funksiya kişilərdə sonsuzluq yaradır - AÇIQLAMA  |     22:46 İşi daim kompüterlə olanların nəzərinə! - XƏBƏRDARLIQ  |     22:39 Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı: Qurumlar hərəkətə keçdi - VİDEO  |     22:34 Elektron imtahana keçid bizə nə verəcək?  |     22:27 Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq  |     22:14 Meksikada daşqınlar 31 nəfərin həyatına son qoyub  |     22:05 Səudiyyə Ərəbistanı klubu "Real"ın futbolçusunu rekord məbləğ qarşılığında transfer edə bilər  |     21:59 Qara Qarayevin yaşadığı mənzil 750 minə satılır - Video  |     21:51 “İki aydır yumağa xalça vermişdik, çirkli formada geri qaytardılar” - Video  |     21:43 Rusiyanın dondurulmuş aktivlərindən istifadə edəcəklər  |     21:37 Televizorda oyun oynaya biləcəksiniz - “Netflix”dən yenilik  |     21:30 Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq  |     21:25 Azərbaycanda yeni məktəblər tikiləcək  |     21:16 Dondurma və qazlı içkilərdəki inqrediyent saç tökülməsinin qarşısını ala bilər - Alimlər  |     21:10 Baş gicəllənməsi bu xəstəliyin xəbərçisi ola bilər  |     21:04 Yasamal MKTB-də maliyyə problemi: 2 milyonluq borc niyə ödənilmir?  |     20:59 Bakıda hamilə qadını döyüb uşağını itirməsinə səbəb olan ərin məhkəməsi: "Yeməyə artıq duz atdı, mən də döydüm"  |     20:50 Braziliyalı futbolçu yeddi qol vurduğu matçdan sonra həbs olunub  |     20:43 Avropada yeni Şengen sistemi tətbiq edilir: Ölkələrə giriş-çıxışda hansı dəyişikliklər olacaq?  |    

Milli Məclis müflis elan olunan şəxslərə yeni tələb qoyulmasını təsdiqləyib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar.

Qanun layihəsi Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyaların həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə iflas proseduru başlanılmış şirkətlər və fərdi sahibkarlar barədə məlumatların müvafiq olaraq hüquqi şəxslərin dövlət reyestrində və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədilə hazırlanıb. Sənəddə həmçinin hüquqi şəxsin iflas prosesində olması faktının dövlət qeydiyyatının aparılması, bununla bağlı qeydiyyat orqanına 15 gündən gec olmayaraq ərizə ilə müraciət edilməsi nəzərdə tutulur. Bankların müflisləşmə və iflas prosesində olması dövlət qeydiyyatına alınarkən “Banklar haqqında” qanunun tələbləri nəzərə alınır.

Qanun layihəsinin qəbul edilməsi nəticəsində barəsində iflas proseduru başlanılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması, hüquqi şəxslər barədə məlumatların isə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması ilə bağlı məsələlər tənzimlənəcək, eləcə də iflas proseduruna məruz qalmış subyektlərin və digər şəxslərin hüquqlarının qorunması istiqamətində müsbət nəticələr əldə olunacaq.

İflas prosesində olma barədə vergi orqanına məlumatın verilməsi (hüquqi şəxslərə münasibətdə bu barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması) iflas prosesində olan hüquqi və fiziki şəxsin fəaliyyətində şəffaflığın gücləndirilməsinə, risklərin düzgün idarə edilməsinə, eləcə də iflas prosesində olan şəxsin borclularının və kreditorlarının əmlak maraqlarının daha etibarlı qorunmasına xidmət edəcək.

Bundan başqa, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, eləcə də onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, vergi ödəyicisi bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Eyni zamanda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna görə, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 40 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınır.

Dəyişikliyə əsasən hər iki halda müddətlər azaldılaraq 15 gün müəyyən olunur. Müddətlərin optimallaşdırılması vergi ödəyicilərinin məlumatlarında baş verən dəyişikliklərin onların uçot məlumatlarında daha operativ şəkildə əks etdirilməsinə, son nəticədə həm vergi uçotu, həm də hüquqi şəxslərin reyestr məlumatlarının real vəziyyətə (dəyişikliklərə) daha sürətli şəkildə uyğunlaşdırılmasına imkan yaradır. Hüquqi şəxslərə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi onların dövlət qeydiyyatına alındığı zaman verildiyindən və həmin andan onlar vergi uçotuna alınmış hesab olunduğundan dəyişiklik eyni zamanda vergi uçotu məlumatlarının da dəqiqliyinə xidmət etmiş olur.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            501 21.06.25 19:25