Mojo.az Banner
21:17 ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb  |     21:11 Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT  |     21:04 Sabahdan 525 əvəzinə 525A və 525B işləyəcək  |     20:59 Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO  |     20:50 Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI  |     20:45 6 ayda elmi dərəcə alanların sayı - 209 qadın, 86 kişi...  |     20:38 Azərbaycan gündəlik nə qədər neft hasil edir?  |     20:33 I kurs tələbəsi vəfat etdi  |     20:23 Mərdəkanda gənc oğlan dənizdə boğuldu  |     20:17 “Səbail”dən transfer qadağası ilə bağlı açıqlama  |     20:15 SAXAL HƏMAS-ın yüksəkrütbəli rəsmisini məhv edib  |     20:08 Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi oldu  |     20:02 Suriya İranın ABŞ bazasına hücum xəbərini təkzib edib  |     19:52 Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı  |     19:37 Dünyanın ən gözəl günəş doğuşunu izləmək üçün 10 məkan  |     19:20 Bu il aliment ödəyən qadınların sayı açıqlandı  |     19:14 Türkiyəyə giriş qadağasını ləğv etdirəcəyini dedi, həbs olundu  |     19:05 Aleksandr Maslyakovun həyat yoldaşı vəfat etdi  |     18:55 Uqandada avtobus aşdı - 20 məktəbli ölüb  |     18:32 "Fənərbağça" yeni transferlərini təqdim etdi  |    
Left Banner
Right Banner

Şəxs hansı halda müflisləşmiş elan oluna bilməz? - MÜHÜM QƏRAR

03.06.2025 12:01 570
Şəxs hansı halda müflisləşmiş elan oluna bilməz? - MÜHÜM QƏRAR
Azərbaycan Respublikasının Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Ali Məhkəmə məlumat yayıb.

İşin hallarına görə, fiziki şəxs kommersiya fəaliyyəti nəticəsində yaranmış borcları əsas götürərək məhkəməyə müflis elan olunmaq üçün müraciət edib. Ərizəçi fərdi sahibkar kimi qeydiyyata alınmayıb.

Birinci və apellyasiya instansiyası məhkəmələri ərizəçinin borc öhdəliklərini yerinə yetirmək qabiliyyətinin olmadığı barədə yetərli sübut təqdim etmədiyini əsas gətirərək ərizəni təmin etməyiblər. Bundan sonra ərizəçi Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə qəbul etdiyi qərarında qeyd edib ki, "Müflisləşmə və iflas haqqında" Qanunun qeyd olunan tələblərinə görə, məhkəməyə iflas haqqında ərizə ilə istənilən fiziki şəxs deyil, yalnız öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən sahibkar müraciət edə bilər.

Eyni zamanda "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunun 1 və 10-cu maddələri və Vergi Məcəlləsinin 13.2.37 və 33.3-cü maddələrində müəyyən edilir ki, fiziki şəxs sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirməsi üçün vergi orqanlarında qeydiyyatdan keçməli və VÖEN əldə etməlidir. Yalnız bundan sonra fiziki şəxs fərdi sahibkar statusunu əldə edir. Ərizəçi isə aktiv VÖEN-i mövcud deyil və özü də kommersiya fəaliyyətini qeydiyyata alınmadan həyata keçirdiyini bildirir. Bu hal onun fərdi sahibkar kimi hüquqi statusa malik olmadığını təsdiq edir. Belə olan halda, o, "Müflisləşmə və iflas haqqında" Qanunu ilə müəyyən edilən subyektlər sırasına aid deyildir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsin isə "Müflisləşmə və iflas haqqında" Qanun çərçivəsində müflis elan olunması mümkün deyil. Bu qanun yalnız hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə şamil olunur.

Buna görə də ərizəyə mahiyyəti üzrə baxılmalı deyil, çünki ərizəçi "Müflisləşmə və iflas haqqında" Qanunda nəzərdə tutulmuş subyektlərdən biri deyildir. Bu səbəbdən iş üzrə məhkəmə icraatı qanuni əsaslara malik olmayıb və işə mahiyyəti üzrə baxılması prosessual normaların pozulması ilə nəticələnib. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, belə hallar olduqda məhkəmə iş üzrə icraata xitam verməlidir.

Yekunda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilib.скачать dle 11.3
Mojo.az Banner