Mojo.az Banner
23:02 Rusiyada poçt işçisi 780 min dollardan çox pul oğurlayıb şöbəni yandırmağa cəhd etdi  |     22:43 Xəzərdəki gəmilərin vurulması təhlükəlidir - Peskov  |     22:38 Kondisioner görün hansı xəstəliklərə səbəb olur – XƏBƏRDARLIQ  |     22:31 Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib  |     22:25 "Hərbi əməliyyatlar bərpa olunacaq” - Tramp  |     22:20 Bakıda küləkli havada 5 yaşlı uşaq xəsarət aldı  |     22:12 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib  |     22:11 Quba-Qusar yolunda "Mercedes" yük maşını ilə toqquşdu: Ölən var  |     22:10 Rusiya ordusunun ştat sayı artırıldı - Putin fərman imzaladı  |     22:01 “iPhone 18”-in təqdimat tarixi dəyişdi  |     21:55 Ən romantik və ən qısqanc BÜRCLƏR  |     21:50 Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR  |     21:42 Bu ərazilərdə qaz olmayacaq  |     21:35 Telefonlar BAHALAŞACAQ  |     21:29 Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu  |     21:22 Rumıniya Rusiya diplomatını ölkədən çıxarır  |     21:17 Azərbaycan güləşçisi dünya çempionatının finalında  |     21:09 HƏMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri öldürüldü  |     21:02 Masallıda BƏDBƏXT HADİSƏ: Çayda üzərkən xəsarət alan gənc 10 gün sonra öldü  |     20:56 "Ford" yarım milyondan çox avtomobilini geri çağırır  |    
Left Banner
Right Banner

Azərbaycanda müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələb qoyulub

21.07.2025 15:15 843
Azərbaycanda müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələb qoyulub
Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Beləliklə barəsində iflas proseduru başlanılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması, hüquqi şəxslər barədə məlumatların isə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması ilə bağlı məsələlər tənzimlənəcək, eləcə də iflas proseduruna məruz qalmış subyektlərin və digər şəxslərin hüquqlarının qorunması istiqamətində müsbət nəticələr əldə olunacaq.

İflas prosesində olma barədə vergi orqanına məlumatın verilməsi (hüquqi şəxslərə münasibətdə bu barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması) iflas prosesində olan hüquqi və fiziki şəxsin fəaliyyətində şəffaflığın gücləndirilməsinə, risklərin düzgün idarə edilməsinə, eləcə də iflas prosesində olan şəxsin borclularının və kreditorlarının əmlak maraqlarının daha etibarlı qorunmasına xidmət edəcək.

Bundan başqa, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, eləcə də onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, vergi ödəyicisi bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

Eyni zamanda "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna görə, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 40 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınır.

Hər iki halda müddətlər azaldılaraq 15 gün müəyyən olunub. Müddətlərin optimallaşdırılması vergi ödəyicilərinin məlumatlarında baş verən dəyişikliklərin onların uçot məlumatlarında daha operativ şəkildə əks etdirilməsinə, son nəticədə həm vergi uçotu, həm də hüquqi şəxslərin reyestr məlumatlarının real vəziyyətə (dəyişikliklərə) daha sürətli şəkildə uyğunlaşdırılmasına imkan yaradır.

Hüquqi şəxslərə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi onların dövlət qeydiyyatına alındığı zaman verildiyindən və həmin andan onlar vergi uçotuna alınmış hesab olunduğundan dəyişiklik eyni zamanda vergi uçotu məlumatlarının da dəqiqliyinə xidmət etmiş olur.скачать dle 11.3
Mojo.az Banner