Mojo.az Banner
23:01 "Real" Bernardonu rəsmən təqdim etdi  |     22:56 2026-cı ildə qiyməti ucuzlaşa biləcək 6 lüks SUV  |     22:50 Azərbaycanda yük qatarında tüstülənmə oldu  |     22:41 Wi-Fi şifrəsini unutmusunuz? - Telefonda və kompüterdə belə öyrənə bilərsiniz  |     22:34 Bakıda məsciddə namaz qılıb yatdı - Telefonu oğurlandı  |     22:29 Bakıda 45 min manatlıq dələduzluq  |     22:21 "Ucuz Store"da saxta aksizli içkilər aşkarlandı - İki nəfər cərimələndi  |     22:11 Həkim səhvi ilə bağlı mübahisələdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı  |     22:02 Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi (TƏFƏRRÜAT)  |     21:57 Gəncədə 26 yaşlı gəncin meyiti tapıldı  |     21:49 Bəzi ərazilərdə qaz olmayacaq  |     21:44 Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı  |     21:36 Görüntüdəki şəxslər əsgərin nənə-babası deyil, valideynləri imiş – VİDEO  |     21:30 Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi  |     21:22 Kiperpolisdən əməliyyat: Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - Video  |     21:17 "Təbrik Palace" restoranının qarşısında KÜTLƏVİ DAVA - VİDEO  |     21:14 Portuqaliyada üzün örtülməsi QADAĞAN EDİLDİ: Üç min avroyadək cərimə  |     21:01 Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmağı planlaşdırır  |     20:53 Həftəsonunadək gözlənilən hava şəraiti açıqlandı  |     20:48 Qızıl mədəni çökdü - 100-dən çox ölən var  |    
Left Banner
Right Banner

Prezident: "Ermənistan azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır"

18.06.2025 12:50 789
Prezident:
"Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir".

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində yer alıb.

"Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycandan Ermənistan ərazisindən yüzminlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır. Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir", - deyə müraciətdə bildirilib.скачать dle 11.3
Mojo.az Banner