Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib | 20:58 Keti Perrinin keçmiş əri həbs edildi | 20:47 "Omid" əməkdaşının döyülmə anları - VİDEO | 20:33 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir (VİDEO) | 20:27 Əlövsət Polad vəfat etdi | 20:18 Ət niyə bahalaşır? (Açıqlama) | 20:11 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar | 20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) |
Mojo.az Avto
Mojo.az Avto

Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib

17.06.2025 17:01 546
Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib
Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşlardan gələn çoxsaylı şikayətlər əsasında Novxanı qəsəbəsində yerləşən bir neçə ictimai iaşə obyektində yaranan səs-küyə qarşı profilaktik tədbir keçirilib.

Nəticədə bir neçə obyektin gecə yarısından sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.

Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.

Son xəbərlər