Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:39 Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı | 14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü | 14:06 Xaçmazda 15 yaşlı məktəbli qızın meyiti tapıldı | 14:03 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib | 13:54 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı | 13:46 Sabah hava necə olacaq? - 22.11.2026 | 13:40 Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər | 13:37 Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı | 13:30 Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasını paylaşdı - Video | 13:22 Bakı-Şamaxı-Yevlax yolunda təhlükəli vəziyyət: Qəza riski yaranıb | 13:19 Uşağına aliment ödəməyən qadın cəzalandırıldı | 13:11 Peruda güclü zəlzələ oldu | 13:03 Maşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı | 22:54 Zirədə evlərdən oğurluq edən yeznə-qayın 5,5 il həbs edildi | 22:44 "Şərur İnşaat"ın binasında lift problemi: Pul verməyən sakinlər liftə buraxılmır |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bu obyektin fəaliyyəti məhdudlaşdırıldı

15.08.2024 21:23 846
Bakıda bu obyektin fəaliyyəti məhdudlaşdırıldı
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində fəaliyyət göstərən fiziki şəxs Cəfərova Telli Hidayət qızına məxsus ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.

Bu barədə Agentlikdən bildirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin qida obyektində müvafiq təmizlik işlərinin aparılmadığı müşahidə edilib.

Bundan başqa, qida obyektinin mətbəx sahəsində havalandırma sistemi quraşdırılmadığı, qida məhsullarının, əllərin ayrıca yuyulması üçün müvafiq şəraitin təşkil edilmədiyi aşkarlanıb.

Aşkar olunan uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, məhdudlaşdırıcı qərar qəbul edilərək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.

Son xəbərlər