Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Şamaxı-Yevlax yolunda təhlükəli vəziyyət: Qəza riski yaranıb

21.11.2026 13:22 45
VİDEO Bakı-Şamaxı-Yevlax yolunda təhlükəli vəziyyət: Qəza riski yaranıb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu ərazisindən keçən bir hissəsi yararsız vəziyyətə düşüb.

Median.Az xəbər verir ki, bu barədə jurnalist Rəşad Rəşidov öz sosial media hesabında paylaşım edib.

Onun yazdıqlarından aydın olur ki, sözügedən ərazidəki çökmələr və asfalt örtüyünün deformasiyaya uğraması sürücülər üçün təhlükə yaradır.

Xüsusilə yolun Qaraməryəm kəndi istiqamətindən Ağsuya doğru hər iki zolağında çökəkliklər hərəkətə mane olur.

Bu səbəbdən sürücülər qarşı hərəkət zolağına çıxmağa məcbur qalırlar ki, bu da qəza riskini artırır.


Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib ki, yolun ayrı-ayrı hissələrində təmirə başlanılıb:

"Bakı-Şamaxı avtomobil yolunun Ağsu-Girdimançay istiqamətindəki hissəsinin mövcud texniki vəziyyətindən məlumatlıyıq. Qeyd olunan yol sahəsində təmir-bərpa işlərinə, o cümlədən əsaslı təmirə ehtiyac var.

Hazırda ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsiz və təhlükəsiz təmini, yolun istismar vəziyyətinin qorunub saxlanılması məqsədilə mütəmadi olaraq yolun ayrı-ayrı hissələrində cari təmir işləri həyata keçirilir.

Eyni zamanda, yolun əsaslı təmiri ilə bağlı aidiyyəti üzrə müraciət olunub. Yolda investisiya proqramı çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".//oxu.az

Son xəbərlər