Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı
Şəmkirdə abortdan sonra qeydə alınan ölüm hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub
Median.Az-ın məlumatına görə, mərhum, 1991-ci il təvəllüdlü Yeganə Əhmədovanın yaxınları bildirib ki, abort rayon ərazisində fəaliyyət göstərən özəl "Şans" Klinikasında olub. Lakin kəskin qanaxma baş verib və qarşısını almaq mümkün olmadığı üçün xəstə ağır halda Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, bu, mərhumun 3-cü hamiləliyi olub. O, iki uşaq anası idi.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.//oxu.az