Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Benfika" - "Boka Xuniors" görüşündə qalib müəyyən olunmadı

17.06.2025 12:44 1 242
Klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda Portuqaliyanın "Benfika" klubu Argentinanın "Boka Xuniors"u ilə 2:2 hesabı ilə bərabərə qalıb. Qarşılaşma ABŞ-nin Florida ştatındakı "Mayami Qardens"də baş tutub.

Argentina təmsilçisinin qollarını Migel Merentiel (21-ci dəqiqə), Rodriqo Battaqlia (27), "Benfika"nın qollarını isə Anxel Di Maria (45+3, penalti), Nikolas Otamendi (84) vurub. 72-ci dəqiqədə "Benfika"nın italiyalı hücumçusu Andrea Belotti, 88-ci dəqiqədə isə "Boka Xuniors"un müdafiəçisi Nikolas Fiqal qırmızı vərəqə alaraq meydandan qovulub.

C qrupunda daha əvvəl Almaniyanın "Bavariya"sı Yeni Zelandiyanın "Ouklend Siti" klubunu 10:0 hesabı ilə məğlub edib. Növbəti matçda "Benfika" iyunun 20-də "Oklend Siti", iyunun 21-i gecə isə "Boka Xuniors" "Bavariya" ilə qarşılaşacaq.

Günün digər oyununda Braziliyanın "Flamenqo" klubu Tunisin "Esperans" klubuna 2:0 hesabı ilə qalib gəlib.

ABŞ-də keçirilən Klublararası dünya çempionatında ilk dəfədir ki, səkkiz qrupa bölünən 32 komanda iştirak edir. Hər kvartetdən iki ən yaxşı komanda 1/8 finala yüksələcək. Final qarşılaşması iyulun 13-də baş tutacaq.

Son xəbərlər