Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Braziliya futbolunun əfsanəsi Antonio Lima vəfat edib

07.02.2025 15:47 1 080
Braziliya futbolunun əfsanəsi Antonio Lima vəfat edib
"Santos"un və Braziliya millisinin sabiq futbolçusu Antonio Lima 84 yaşında vəfat edib.

Lima 16 yaşında "Juventus San-Paulo" ilə ilk peşəkar müqaviləsini imzalayıb. Üç il sonra o, bir çox kuboklar qazandığı "Santos"un oyunçusu olub.

Antonio Lima həm müdafiədə, həm də yarımmüdafiədə oynayan çoxyönlü futbolçu idi. Yunanıstanın "Panatinaikos" klubu ilə görüşdə onun meydanda beş mövqe dəyişdiyi məlum olub.

A.Lima "Santos" ilə iki dəfə Libertadores Kubokunu qazanıb. 1963-cü ildə "Boka Xuniors"la final matçında Lima qələbə qolunu vurub və komandası 3-2 hesabı ilə qalib gəlib (cavab görüşü "Santos"un 2-1 hesablı qələbəsi ilə başa çatıb).

O, həm də iki dəfə Qitələrarası Kubokun qalibi olub. 1962-ci il sentyabrın 19-da "Benfika"ya qarşı oyunda (3:2) qol vurub (ikinci görüşdə "Santos" 5:2 hesabı ilə qalib gəlib), bir il sonra isə "Milan"a (4:2) finalda qol vurub. Həmin final üç görüşdən ibarət idi: ilk oyunda italyanlar qalib gəlib (4:2), ikincidə "Santos" məğlubiyyətin əvəzini çıxıb, üçüncü həlledici görüş 1:0 hesabı ilə braziliyalıların xeyrinə başa çatıb.

Lima 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokunda iştirak edib və Braziliya yığması sensasiyalı şəkildə qrupdan çıxa bilməyib. Lima millinin heyətində ümumilikdə 13 oyun keçirib və 4 qol vurub.

O, karyerasını Portuqaliyanın həvəskarlardan ibarət "Santista" komandasında başa vurub.

Lima "Santos"un heyətində 696 oyun keçirib və 65 qola imza atıb.

Son xəbərlər