Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda məhsul festivallarının keçirilməsinə başlanılır

16.06.2025 20:11 642
Azərbaycanda məhsul festivallarının keçirilməsinə başlanılır
Azərbaycanda ümumilikdə 9 iqtisadi rayon üzrə 13 bölgədə məhsul festivallarının keçirilməsi nəzərdə tutulur.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.

Onun sözlərinə görə, yerli istehsalın stimullaşdırılması, regionların iqtisadi potensialının tanıdılması məqsədilə keçiriləcək: “Bu festivallar iyun ayından start götürüb noyabr ayına qədər davam edəcək. İlk məhsul festivalı Samux rayonunda baş tutacaq. Bu bölgədə artıq 2-ci dəfə ərik festivalı təşkil olunacaq. Festival çərçivəsində yerli fermerlərin yetişdirdiyi ərik növləri nümayiş etdiriləcək, məhsulların satışı həyata keçiriləcək və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfat sahibləri arasında təcrübə mübadiləsi aparılacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda ölkədə bostan və tərəvəz məhsulları üzrə özünütəminetmə səviyyəsi 100 %-dir: "Bu məhsullar həm daxili bazarı təmin edir, həm də ixrac olunur. Bu festivalların keçirilməsi isə ixrac imkanlarının genişlənməsinə, yerli brendlərin formalaşmasına və kənd təsərrüfatında rəqabət qabiliyyətinin artmasına səbəb olur. İyunun 30-da Şəmkirdə Tərəvəz Festivalı təşkil olunacaq. Şəmkir Azərbaycanın tərəvəz istehsalı üzrə lider bölgəsidir və bu festivalda yüksək məhsuldarlıq, innovativ becərmə metodları və yerli təsərrüfatların nailiyyətləri təqdim ediləcək. İyul ayında isə Kürdəmir rayonunda Bostan Festivalı keçiriləcək. Bu bölgə qarpız, yemiş və digər bostan məhsullarının yetişdirilməsi ilə tanınır. Festival çərçivəsində bostan məhsullarının sərgisi, yerli istehsalçıların təqdimatları təşkil olunacaq".

Onun sözlərinə görə, bu ildən etibarən Üzüm və Şərab Festivalı da nazirliyin dəstəyi ilə keçirilləcək: “Festival üzümçülük və şərabçılıq sahəsində fəaliyyət göstərən fermerləri, şirkətləri və mütəxəssisləri bir araya gətirəcək. Festival çərçivəsində üzümçülüyün inkişafı istiqamətində dövlətin təqdim etdiyi dəstək mexanizmləri, subsidiya proqramları, müasir becərilmə texnologiyaları və uğurlu təcrübələr nümayiş etdiriləcək”.

A.Cəfərov onu da deyib ki, bu il Azərbaycanda məhsul festivallarının mərkəzləşdirilmiş və vahid formatda təşkil edilməsi bölgələrin aqrar inkişafına, yerli məhsulların tanıdılmasına və aqroturizm potensialının artırılmasına güclü təkan verir: “Bu təşəbbüs yalnız kənd təsərrüfatının inkişafı baxımından deyil, həm də regionlara əlavə investisiya cəlbi və turizm axınının gücləndirilməsi istiqamətində strateji rol oynayır".
//report

Son xəbərlər