Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bazarda bu məhsulların qiyməti niyə ucuzlaşmır? – SƏBƏB AÇIQLANDI

16.07.2019 15:00 1 669
Bazarda bu məhsulların qiyməti niyə ucuzlaşmır? – SƏBƏB AÇIQLANDI
"Mövsüm dövrü olmasına rəğmən bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olaraq qalmaqdadır".

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov “Facebook” səhifəsində yazıb.

O bildirib ki, istehlak bazarının monitorinqi göstərir ki, daxili bazara çıxarılan yerli kənd təsərrüfatı məhsullarının həcmi mövsüm dövründə gözləniləndən az oldu:

"Əvvəlla, yaz aylarındakı iqlim şəraiti səbəbindən məhsul istehsalı proqnozlaşdırılandan daha az oldu. İkincisi, baryerlərə baxmayaraq Rusiya bazarı hələ də cəlbedicidir.

Bununla belə, monitorinqlər göstərir ki, bir sıra kənd təsərrüfatı məhsulları üzrə paytaxt bazarı ilə rayonlardakı qiymət arasında bəzən 2 dəfəyə yaxın fərq var.

Belə ki, Bakıda məhsulları daha baha təklif edirlər".

V.Bayramov əlavə edib ki, qiymətlərin optimallaşdırılması üçün məhsul istehsalının ixrac imkanları və daxili bazarın tələbi nəzərə alınmaqla regional paylaşdırılmasına nail olmaq lazımdır:

"Bəzən il ərzində bir sıra kənd təsərrüfatı məhsullarından daha çox, digərlərindən isə az istehsal olunur. Bu də qiymətlərə birbaşa təsir göstərir.

Yeni təsdiq edilmiş subsidiya mexanizmi bu optimallaşmanın həyata keçirilməsinə şərait yaradır.

İkincisi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları paytaxtda daha çox fermer bazarlarının yaradılmasına nail olmalıdır.

Bu fermerlərin öz məhsullarını birbaşa təklif etməsinə imkan yarada bilər. “Kənddən şəhərə” layihəsinin genişləndirilməsi daha məqsədəuyğundur.

Üçüncüsü, paytaxt bazarlarına fermerlərin daxil olmasındakı bütün baryerlər aradan qaldırılmalıdır ki, rəqabətə nail olmaq mümkün olsun.

Nəhayət, tələbin ödənilməsində çətinlik olan hallarda idxalın mövsümü təşviqi həyata keçirilməlidir".скачать dle 11.3
Mojo.az Banner