Mojo.az Banner
18:54 Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?  |     23:01 5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər  |     22:53 Tanınmış aşığın nəvəsi vəfat etdi  |     22:47 “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video  |     22:39 Sumqayıtda evdə yanğın - Video  |     22:32 Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi  |     22:25 Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video  |     22:20 Can Kolukısa vəfat etdi  |     22:08 Keçəl olan şəxslərin NƏZƏRİNƏ!  |     22:00 Azərbaycanlı milyarderin sərvəti 1,41 milyard dollar azalıb  |     21:54 Mexaniklər ən yaxşı 5 ailə avtomobilini açıqladı  |     21:45 Yay depressiyası niyə yaranır? - Psixoterapevt açıqladı  |     21:37 İspaniya miqrantlara görə dənizdə maneə inşa edir  |     21:31 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     21:09 Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?  |     21:05 Azərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı keçdi  |     20:59 Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir  |     20:50 Sənur Əzizov həbs edildi  |     20:44 Masallıda güclü YANĞIN: Alov taxıl sahələrinə keçdi  |     20:40 Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı  |    
Left Banner
Right Banner

Əli Əhmədov: Maaş və pensiya artımının bazara təsirini qəbul etmək lazımdır

07.09.2019 14:59 2 690
Əli Əhmədov: Maaş və pensiya artımının bazara təsirini qəbul etmək lazımdır
Süni şəkildə kimlərinsə müxtəlif yollardan və vasitələrdən istifadə edərək kənd təsərrüfatı məhsullarının qiymətini artırmaq səyləri var.

Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, müəyyən halda bunlar qiymətlərin artmasına təsir göstərir:

"Dövlət tərəfindən minimum əməkhaqlarının, pensiyaların ciddi şəkildə artırılması ilə əlaqədar qəbul olunan qərarın da bazara təsirini qəbul etmək lazımdır. Bunsuz mümkün deyil. Digər tərəfdən isə dövlət sektorunda işləyən insanların maaşları artırsa, onda bazarda çalışan insanlar xidmətlər göstərməklə öz həyatlarını təmin edirlər.

Onların həyatında da artım hiss olunsun deyə təbii olaraq xidmətlərin qiymətlərində müəyyən bir yüksəlmə hiss olunacaq. Amma bunların hamısı ədalət prinsipi əsasında həyata keçirilməlidir. Hökumətin bütün həyata keçirmək istədiyi səylər bu prinsiplər əsasındadır".

Ə.Əhmədov bildirib ki, Azərbaycan hökuməti bolluğun təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının bolluğunu təmin etmək yolu ilə hər bir vətəndaşın kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsinə töhfəsini verir:

"Yəni qiymətlərin aşağı salınmasının ən vacib istiqamətlərindən biri bundan ibarətdir. Digər istiqamət isə hökumətin iştirakı ilə kənd təsərrüfatı məhsullarının vətəndaşlara çatdırılması imkanlarının genişlənməsi olmalıdır. Bunun üzərində düşünülür".

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanda göstərilən xidmətlərin səviyyəsinə uyğun şəkildə yüksək qiymətə satılan kənd təsərrüfatı məhsulları var:

"Orta səviyyədə qiymətlərin də olduğu müşahidə olunur. Eyni zamanda, daha ucuz qiymətə kənd təsərrüfatı məhsullarının satışı üçün yarmarkalar təşkil edilib. Beləliklə, hər bir Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının ödənilməsi üçün imkanların rəngarəngliyi təmin edilib".
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner