Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Azərbaycan özünü aqrar məhsullarla tam təmin edə bilərmi?

12.06.2025 19:54 495
Azərbaycan özünü aqrar məhsullarla tam təmin edə bilərmi?
Kənd təsərrüfatı hər bir ölkənin iqtisadi inkişafının, sosial sabitliyinin və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Bu sahə xüsusilə inkişaf etməkdə olan ölkələr üçün strateji əhəmiyyət daşıyır.

Azərbaycanda da aqrar sektor regionların inkişafı, əhalinin məşğulluğunun artırılması, daxili bazarda qiymətlərin sabitləşdirilməsi baxımından vacibdir. Ölkənin əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim zonaları və münbit torpaq resursları kənd təsərrüfatı məhsullarının geniş spektrdə istehsal olunmasına imkan yaradır.

Bəs Azərbaycan özünü aqrar məhsullarla tam təmin edə bilərmi? “Report” bu suala cavab tapmağa çalışıb.

Aqrar sahə üzrə ekspert Xaliq Məmmədov hesab edir ki, Azərbaycanın bütün kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin etməsi real deyil: "Hər bir məhsul üzrə vəziyyət fərqlidir və çoxsaylı amillərlə - iqlim dəyişiklikləri, əkin texnologiyaları, torpaq eroziyası, bazar tələbləri, insan resurslarının səmərəliliyi və texniki təminatla əlaqədardır".

Məsələn, onun sözlərinə görə, 2023-cü ildə ət və ət məhsulları ilə özünütəminetmə göstəriciləri mal əti üzrə 85,4 %, qoyun və keçi əti üzrə 94,9 %, quş əti üzrə isə 81,7 % olub, bununla belə, Azərbaycan burada 100 %-lik göstəriciyə nail ola bilər.

"Eyni sözü arıçılıq məhsulları, o cümlədən bal haqqında da demək olar. Adambaşına düşən orta istehlak normativləri nəzərə alındıqda, Azərbaycanda bu sahə üzrə 100 %-lik təminat potensialı mövcuddur. İntensiv texnologiyalar əsasında istehsal olunan quşçuluq məhsulları üzrə təminat saəviyyəsi isə 100 %-i keçib. Məsələn, yumurtaya gündəlik tələbat təqribən 4 milyon ədəd təşkil etsə də, faktiki istehsal 6 milyon ədəddir. Bu isə ixrac potensialı yaradıb. Hazırda Azərbaycan ABŞ və Rusiya kimi ölkələrə yumurta satır", - deyə o qeyd edib.

Eskpertin sözlərinə görə, meyvə-tərəvəz və göyərti məhsulları üzrə də Azərbaycan yüksək istehsal potensialına malikdir: "Mövsümi dəyişkənliklərə baxmayaraq, bu sahədə daxili tələbat əsasən yerli istehsal hesabına ödənilir, hətta bəzi məhsullar - kələm, kök, pomidor və s. üzrə ixrac yönümlü fəaliyyət həyata keçirilir. Amma bəzi sahələrdə – xüsusilə kartof və paxlalı bitkilər üzrə – tam özünütəminetmə səviyyəsinə çatmaq hələ də mümkün olmayıb. Kartof istehsalı sahəsində ölkə müəyyən mövsümlərdə daxili bazarı tam şəkildə təmin etsə də, illik kəsimdə idxal tələbi qalır. Xüsusilə gec məhsuldarlıq dövründə qonşu ölkələrdən idxal ehtiyacı yaranır. Dənli və paxlalı bitkilər üzrə problem müşahidə olunur. 2023-cü ilin statistik məlumatlarına əsasən, Azərbaycanın bu məhsullarla özünütəminetmə səviyyəsi 62,8 % təşkil edib. Bu sahədə inkişaf yalnız elmi əsaslara söykənən, genişmiqyaslı dövlət proqramları həyata keçirməklə mümkündür. Toxumçuluğun inkişaf etdirilməsi, müasir əkin texnologiyalarının tətbiqi, gübrələmə və dərmanlama sistemlərinin optimallaşdırılması məhsuldarlığın yüksəldilməsinə xidmət edəcək əsas vasitələrdir".

Nəticə etibarilə, Azərbaycanın kənd təsərrüfatı sektorunda bəzi məhsul qrupları üzrə – məsələn, yumurta, ət məhsulları, bəzi meyvə-tərəvəz və arıçılıq məhsulları üzrə – 100 % və daha artıq səviyyədə təminetmə mümkündür və bu sahələrdə ixrac potensialı da mövcuddur. Bununla yanaşı, kartof və paxlalılar kimi məhsul növlərində isə strateji planlaşdırma və davamlı dövlət dəstəyi tələb olunur. Əgər texnoloji modernləşmə, elmi yanaşma və kənd təsərrüfatı kooperasiyalarının gücləndirilməsi həyata keçirilərsə, yaxın perspektivdə bu sahələrdə də 100 % təminat səviyyəsinə nail olunması mümkündür.скачать dle 11.3
Mojo.az Banner