Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:29 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul etdi | 18:23 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir | 18:18 30 həşəratın gömrük dəyəri 22,7 min manatdır: Azərbaycana milyonlarla canlı niyə gətirilir? | 18:07 Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək | 18:01 Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək - Tarix açıqlandı | 17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR |
Mojo.az Avto
Mojo.az Avto

İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb

13.06.2025 19:35 609
İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb
İsrailin Gürcüstandakı səfirliyi son günlərdə baş verən hadisələrlə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında məlumat yayılıb.

Bildirilib ki, səfirlik fəaliyyətini dayandırıb, konsulluq xidmətləri də müvəqqəti olaraq göstərilməyəcək.

“Son hadisələrlə əlaqədar səfirlik bağlanıb və konsulluq xidmətləri mövcud olmayacaq. Yenilənmələr üçün səfirliyin rəsmi internet saytını izləyin”, – məlumatda deyilir.

Qeyd edək ki, iyunun 13-ü İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olub. Hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.

Son xəbərlər