Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:07 Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək | 18:01 Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək - Tarix açıqlandı | 17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? |
Mojo.az Avto
Mojo.az Avto

Yüksək Təhsil İnstitutuna direktor təyin edildi

11.06.2025 11:41 1 320
Yüksək Təhsil İnstitutuna direktor təyin edildi
Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyinat olub.

Bu barədə AzTU məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə Aynurə İsmayılova təyinat alıb.

A.İsmayılova bu təyinatdan əvvəl AzTU-da Ömürboyu Öyrənmə Məktəbinin direktoru və İqtisadiyyat və statistika kafedrasının dosenti vəzifəsində fəaliyyət göstərib.

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakülətəsinin bakalavr və magistr səviyyələri üzrə məzunu olan Aynurə İsmayılova 2021-ci ildə ekonometriya, iqtisadi statistika ixtisası üzrə dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adını alıb, layihələrin idarəedilməsi üzrə IPMA B dərəcəli sertifikata malikdir.

2014-cü ilin 21 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Son xəbərlər