Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:20 Sabahdan güclü külək başlayır - Xəbərdarlıq | 17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tələbə qız qarpızdan zəhərlənərək öldü - TƏBİB-dən AÇIQLAMA (VİDEO)

10.06.2025 14:58 2 370
Bakıda tələbə qız qarpızdan zəhərlənərək öldü - TƏBİB-dən AÇIQLAMA (VİDEO)
Bakıda gənc qız zəhərlənmədən vəfat edib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 5 radələrində baş verib.

Belə ki, Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.

D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.

Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər. Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib:

"Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".

Son xəbərlər