Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Daşkəsəndə iki kəndə gedən avtomobil yolu təmir olunub

03.06.2025 22:16 642
Daşkəsəndə iki kəndə gedən avtomobil yolu təmir olunub
Daşkəsəndə iki kəndə gedən avtomobil yolu təmir olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, Pirverdilər və Tapan kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yoluna çınqıl-torpaq örtüyü salınıb.

Həmçinin xüsusi texnikalar vasitəsilə hamarlama işləri həyata keçirilib, suötürücü qurğular təmizlənərək təmir edilib, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin olunaraq, sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, adı çəkilən kəndlərin avtomobil yolu uzun zamandır təmirsiz idi və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradırdı.

Son xəbərlər