Mojo.az Banner
19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |    
Mojo.az Avto
Mojo.az Avto

Sərhəddə mobil telefon ƏMƏLİYYATI - Gömrük İdarəsinin təhqiqatçısı CƏZALANDIRILDI

31.05.2025 13:11 819
Sərhəddə mobil telefon ƏMƏLİYYATI - Gömrük İdarəsinin təhqiqatçısı CƏZALANDIRILDI
Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısına hökm oxunub.

Median.Az
"Trend"ə istinadən xəbər verir ki, buna səbəb onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi olub.

Belə ki, təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında tanışı ilə görüşüb söhbətləşən zaman tanışı ondan bəyan edilməmiş mobil telefonların ölkədə sayının çox olub-olmaması ilə maraqlanıb. O isə qeydiyyat qaydaları sərtləşdirildikdən sonra bəyan edilməmiş formada olan mobil telefonların metronun "28 May" stansiyasının ərazisində yerləşən mobil telefon mağazalarının qarşısında səyyar olaraq dəyərindən ucuz satıldığını deyib. Daha sonra sonuncuya həmin telefonları ucuz qiymətə ala bilərsə, onu qanuni qaydada bəyan etdirə biləcəyini, daha sonra qeydiyyatdan keçirib sata biləcəyini bildirib. Bu zaman ona əldə edəcəyi gəliri yarıbayarı bölməyi təklif edib. Əslində isə onun məqsədi mobil telefon cihazlarını sərhəddən keçən əcnəbilərin adlarına bəyannamə tərtib edib təsdiq etmək olub.

O bu məqsədlə 2023-cü ildə ölkəyə sərhəddən keçən ayrı-ayrı əcnəbi şəxslərin adına onların məlumatı olmadan sərhəd keçmələri zamanı təqdim etdikləri pasportları əsasında özü bəyannamə tərtib edib "VAİS" sistemində özünə məxsus hesabında təsdiq edərək müvafiq sistemdə görünməsinə nail olub.

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, və 313-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla ona qəti olaraq 2 il müddətinə islah işləri cəzası təyin edilib.скачать dle 11.3
Mojo.az Banner