Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Corablarında ölkəyə 10 ədəd “iPhone” gətirən şəxs saxlanıldı - VİDEO

14.09.2018 14:01 3 600
Corablarında ölkəyə 10 ədəd “iPhone” gətirən şəxs saxlanıldı - VİDEO
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla mobil telefonların gətirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən müvafiq qaydada sorğu-sual edilib.

Vətəndaş özü ilə gətirdiyi bir ədəd televizor, iki ədəd noutbuk və bir ədəd mobil telefondan başqa mütləq qaydada bəyan edilməli malların olmadığını bildirib.

Lakin vətəndaşın əl yükü rentgen aparatından keçirilərkən, monitorda mobil telefon qutularının təsvirləri görünüb. Bu səbəbdən yük təkrar yoxlanılıb. Vətəndaş əl yükündə gizlətdiyi boş mobil telefon qutuları barəsində sorğu-sual edilərkən isə həmin qutuların içərisindəki telefonların Bakı şəhərində olduğunu bildirib. Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.

Nəticədə, həmin şəxsin corablarının içərisində sellofanlara bükülərək gömrük nəzarətindən gizlədilmiş, hər ayağında beş ədəd olmaqla, cəmi 10 ədəd “iPhone X 64 GB” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər