Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Meksikada bələdiyyə sədrinin katibi və müşaviri silahlı hücumda öldürülüb

21.05.2025 15:41 708
Meksikada bələdiyyə sədrinin katibi və müşaviri silahlı hücumda öldürülüb
Meksikanın paytaxtı Mexiko şəhərində bələdiyyə sədri Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və müşaviri Xose Munyos silahlı hücum nəticəsində həyatını itirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Quzman və Munyos Mexikodakı Kalzada de Tlalpan və Napoleon küçələrinin kəsişməsində avtomobildə olarkən motosikletli şəxs tərəfindən atəşə tutulublar. Təcili tibbi yardımın müdaxiləsinə baxmayaraq, hər iki şəxs hadisə yerində vəfat edib.

Meksika Prezidenti Klaudiya Şeinbaum məsələ ilə bağlı Milli Sarayda keçirdiyi mətbuat konfransında açıqlama verərək, "Təəssüf ki, Ximena Quzman və Xose Munyos silahlı hücum nəticəsində həyatlarını itirdilər", – deyib.

Prezident bildirib ki, cinayətkarların tapılıb məsuliyyətə cəlb olunması üçün Təhlükəsizlik və Vətəndaşları Müdafiə Katibi Omar Qarsiya Harfuça göstəriş verilib: "Bu hadisənin məsuliyyətsiz şəkildə ötüşməsinə imkan verilməyəcək. Ədalət bərqərar olunacaq. Araşdırmalar ətraflı şəkildə aparılır və hökumət bu məsələdə tam dəstək verir".

Meksiko şəhərinin meri Klara Bruqada da açıqlama verərək həlak olanların ailələrinə başsağlığı diləyib: "Ximena çalışqan, nəzakətli və yorulmaq bilməyən bir qadın idi. Pepe-ni isə uşaqlığımdan tanıyırdım. O, tanıdığım ən ağıllı və məsuliyyətli insanlardan biri idi", – deyə qeyd edib.
//Baku.ws

Son xəbərlər