Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-nin iri kriptovalyuta birjasına haker hücumu olub

16.05.2025 11:52 807
ABŞ-nin iri kriptovalyuta birjasına haker hücumu olub
ABŞ-nin "Coinbase" kriptovalyuta birjası hakerlərin hədəfinə çevrilib. Kiberhücum nəticəsində müştərilərin məlumatları oğurlanıb və cinayətkarlar bu məlumatları açıqlamamaq üçün 20 milyon dollar tələb ediblər.

Bu barədə Financial Times məlumat yayıb.

Bu xəbərdən sonra şirkətin səhmləri Nyu-Yorkda birjasında 5.4% ucuzlaşıb. Əvvəlki gün şirkətin səhmləri Nyu-York fond birjası indeksinə daxil edildikdən sonra 25% bahalaşmışdı.

Şirkətin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir qeyd olunub ki, hakerlər müştərilərimizin siyahısını əldə etməyə çalışıblar. "Onlar sonradan özlərini "Coinbase" kimi təqdim edərək müştəriləri aldadıb kriptovalyutalarını ələ keçirmək niyyətində olublar. Daha sonra bu hadisəni ört-basdır etmək üçün bizdən 20 milyon dollar tələb ediblər. Biz bu tələbi rədd etdik".

Kaliforniyada yerləşən "Coinbase", həmçinin cinayətkarların yaxalanması və məsuliyyətə cəlb edilməsinə kömək edəcək məlumat üçün elə cinayətkarların tələb etdiyi 20 milyon dollar məbləğində mükafat elan edib.

"Chainalysis" analitiklərinin hesablamalarına görə, ötən il kriptobirjalara edilən kiberhücumlardan dəyən zərərin ümumi məbləği 21% artaraq 2.2 milyard dolları ötüb ki, bunun böyük hissəsi Asiya və Sakit okean regionunun payına düşür. Bu məbləğin 1,3 milyard dolları Şimali Koreya hökuməti ilə əlaqəli hakerlər tərəfindən oğurlanıb.

"Coinbase" zərər çəkmiş müştərilərə kompensasiya verəcəyini açıqlayıb. Təxmini hesablamalara görə, kompensasiyaların ümumi məbləği 180 milyon dollardan 400 milyon dollara qədər ola bilər.

Son xəbərlər