Mojo.az Banner
21:31 Göygöldə təcili yardım maşını qəzaya düşdü  |     21:26 "Son zəng" tədbirləri ilə bağlı təlimat: Şagirdlər məktəbli formasında olmalıdır  |     21:17 Maduronun həbsini mərc etdi - 400 min qazandı  |     21:12 Şənbə günü yağış yağacaq  |     21:04 Türkiyədə daha bir bələdiyyəyə qarşı əməliyyat keçirilib - Saxlanılanlar var  |     20:59 "Sərhədlər açılsa belə turizmin inkişafı tam təmin edilə bilməz" - İqtisadçı  |     20:50 Bu ölkədə 6 nazir bir gündə istefa verdi  |     20:44 ""Avant"ın rəhbəri rahat yatsın, biz səs-küyə dözək?" - Aparıcıdan şikayət (Video)  |     20:39 ABŞ yeni bir plan hazırlayır - CNN  |     20:35 Sosial media məktəblərdə zorakılığı alovlandırır – Milli Məclisdən reaksiya  |     20:31 "Olympus Park" şirkətindən ŞİKAYƏT - Video  |     20:17 Macarıstanda ilk dəfə görmə məhdudiyyətli siyasətçi nazir təyin edilib  |     20:09 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir  |     20:07 Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi: Hər iki tərəfə 193 hərbçi qaytarıldı  |     20:05 Sumqayıtda Ailə Sağlamlıq Mərkəzinin binası vətəndaşlar üçün təhlükə yaradır? - Sakinlərdən ŞİKAYƏT  |     18:50 Qazinin atasına qarşı DƏLƏDUZLUQ: qadın biznesmenə cinayət işi AÇILDI  |     18:46 Dostunun yasında vəfat etdi  |     18:41 Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - Araşdırma başladı (Yenilənib)  |     18:30 Küləyin sürəti 28 m/s-dək güclənir - FAKTİKİ HAVA  |     18:28 Suriyadan gətirilən daha 5 nəfər dəstək prosesinə cəlb edilib  |    
Left Banner
Right Banner

Şimali koreyalı hakerlər 2025-ci ildə rekord vurdu: 2 milyardlıq kriptovalyuta oğurlandı

08.10.2025 22:57 471
Şimali koreyalı hakerlər 2025-ci ildə rekord vurdu: 2 milyardlıq kriptovalyuta oğurlandı
“Elliptic” blokçeyn analiz şirkəti bildirib ki, Şimali Koreya hökuməti adından fəaliyyət göstərən haker qrupları təkcə 2025-ci ildə 2 milyard dollardan çox kriptovalyuta ələ keçirib.

Bu göstərici indiyədək qeydə alınmış ən yüksək illik məbləğ hesab olunur və ilin bitməsinə hələ üç ay qalmış bu səviyyəyə çatılıb.

Şirkətin hesabatına görə, bu məbləğ 2025 boyunca həyata keçirilən 30-dan çox kiberhücum nəticəsində formalaşıb.

“Elliptic”in məlumatına əsasən, əvvəlki rekord 2022-ci ildə qeydə alınıb və həmin vaxt Şimali Koreyalı hakerlər 1,35 milyard dollar dəyərində kriptovalyuta oğurlamışdılar. Şirkət hesab edir ki, 2017-ci ildən bəri Pxenyan rejimi ümumilikdə azı 6 milyard dollarlıq rəqəmsal aktiv ələ keçirib.

Lakin hesabatda qeyd olunur ki, bu rəqəm böyük ehtimalla daha yüksəkdir, çünki bəzi hücumların Şimali Koreya ilə birbaşa əlaqəsini sübut etmək çətindir və bir çox hadisə hələ də rəsmi şəkildə qeydə alınmayıb.

Əvvəllər əsasən kriptovalyuta birjalarına yönələn hücumlar, indi yüksək məbləğdə rəqəmsal sərvətə sahib fərdi istifadəçiləri də hədəfə alır.

“Elliptic” bildirir ki, 2025-ci ildəki hücumların böyük hissəsi sosial mühəndislik üsulları ilə həyata keçirilib: “Hakerlər texnoloji boşluqlardan çox, insanları aldatmaq və manipulyasiya etmək yolu ilə hesab məlumatlarına daxil olurlar”.

Bu da kripto təhlükəsizliyində ən zəif halqanın artıq texnologiya deyil, insan amili olduğunu göstərir.

“Elliptic”in təxminləri digər beynəlxalq hesabatlarla da üst-üstə düşür. BMT Təhlükəsizlik Şurası 2017–2023-cü illər arasında Şimali Koreyalı hakerlərin ümumilikdə 3 milyard dollarlıq kriptovalyuta oğurladığını açıqlamışdı.

2024-cü ildəki 742,8 milyon dollarlıq və 2025-ci ildəki 2 milyard dollarlıq oğurluqlar da əlavə olunduqda, ümumi məbləğ təxminən 6 milyard dollara çatır.

Yaponiya, Cənubi Koreya və ABŞ hökumətləri də 2024-cü ildə Şimali Koreya mənşəli hakerlərin 659 milyon dollardan artıq kriptovalyuta oğurladığını açıqlamışdı.

BMT-nin hesabatına görə, Kim Çen In rəhbərliyindəki rejim bu qeyri-qanuni qazancı nüvə silahı proqramının maliyyələşdirilməsi üçün istifadə edir.

2025-ci ildəki rekordun əsas səbəbi “Bybit” adlı kriptobirjadan oğurlanan 1,4 milyard dollarlıq vəsaitdir. ABŞ Federal Təhqiqat Bürosu (FBI) və müstəqil blokçeyn tədqiqatçıları bu hücumun da arxasında Şimali Koreyanın olduğunu təsdiqləyiblər.

Eyni haker qrupları daha əvvəl də “Axie Infinity” (625 milyon dollar, 2022), “Harmony” (100 milyon dollar, 2022) və “WazirX” (235 milyon dollar, 2024) kimi platformalara hücum etmişdi.
//valyuta.azскачать dle 11.3
Mojo.az Banner