Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Hakerlər kriptovalyuta nəhəngindən 20 milyon dollar fidyə tələb etdi

16.05.2025 22:20 711
Hakerlər kriptovalyuta nəhəngindən 20 milyon dollar fidyə tələb etdi
Kriptovalyuta birjası "Coinbase" hakerlərin müştəri məlumatlarını ələ keçirmək məqsədilə ABŞ xaricindəki dəstək heyətinə rüşvət verdiyini və əldə edilən məlumatların ictimaiyyətə açıqlanmaması qarşılığında 20 milyon dollar fidyə tələb etdiklərini açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkət hadisə ilə bağlı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) rəsmi bildiriş göndərib.

Bildirilişdə 11 may tarixində naməlum bir şəxsdən "Coinbase" sənədlərini ələ keçirdiyini iddia edən bir elektron məktubun alındığı qeyd olunub.

Həmin məktubda məlumatların ictimaiyyətə açıqlanmaması üçün pul tələb olunduğu və bu məlumatların "Coinbase"in daxili sistemlərindən məlumat toplaya bilmələri üçün ABŞ xaricində dəstək rollarında çalışan bir neçə podratçıya və ya işçiyə ödəniş edilməklə əldə edildiyi ifadə olunub.

Məktubda qeyd olunub ki, bəzi işçilərin vəzifələrinin xaricində məlumatlara çıxış əldə etdikləri halları "Coinbase"in təhlükəsizlik nəzarət sistemi əvvəlki aylarda aşkarlayıb.

Hadisə aşkarlandıqdan sonra əlaqəli işçilərin dərhal vəzifələrindən azad edildiyi, fırıldaqçılıq əleyhinə nəzarət mexanizmlərinin gücləndirildiyi və əldə edilən məlumatların sui-istifadəsinin qarşısını almaq üçün potensial təsirlənmiş müştərilərə xəbərdarlıq edildiyi bildirilib.

Hadisənin şifrələrə və ya vəsaitlərə çıxışı əhatə etmədiyi, ələ keçirilən məlumatlar arasında ad, ünvan, telefon nömrəsi və e-poçt kimi şəxsi məlumatların olduğu qeyd edilib.

Fidyə olaraq tələb edilən 20 milyon dolların ödənilmədiyi və istintaqın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəklində davam etdirildiyi vurğulanıb.

Həmçinin bildirilib ki, bu hadisə nəticəsində təhdid edən tərəfə daha əvvəl pul göndərmiş müştərilər varsa, onlara könüllü şəkildə geri ödəniş edilməsinin planlaşdırıldığı açıqlanıb.

Bildirişdə hadisə ilə əlaqədar aparılan təhlükəsizlik tədbirləri və könüllü müştəri ödənişləri üçün 180 milyon ilə 400 milyon dollar arasında xərc proqnozlaşdırıldığı qeyd olunub.

Son xəbərlər