Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan ən çox tələb edilən məhsulun ixracını dayandırıb - SİYAHI

18.05.2021 14:20 1 209
Azərbaycan ən çox tələb edilən məhsulun ixracını dayandırıb - SİYAHI
2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan 131 milyon 543,3 min dollar dəyərində 119 min 961,4 ton çəkidə meyvə-tərəvəz ixrac edilib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ümumi ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1 998,5 ton və ya 1,6 faiz, ixracdan əldə etdiyimiz gəlir isə 22,4 milyon dollar və ya 14,5 faiz azalıb.

Təkcə aprel ayında 30,1 min ton meyvə-tərəvəz ixracı baş tutub və bir ay ərzində bu ixracdan 34,3 milyon dollar gəlir əldə edilib. Azərbaycan ötən ilin aprel ayı ilə müqayisədə meyvə-tərəvəz ixracını 19,5 faiz azaldıb.

Azərbaycanın meyvə-tərəvəz ixracının əsasını təşkil edən məhsullar aşağıdakılardır:

Tomat (pomidor) - 36,7 min ton çəkidə (ötən ilin eyni dövrü ilə müqayisədə (illik müqayisədə) 37,8 faiz az); İxracdan əldə edilən gəlir - 42,3 milyon dollar (illik müqayisədə 42,4 faiz az).

Meşə fındığı - 5,8 min ton çəkidə (illik müqayisədə 17,8 faiz az); İxracdan əldə edilən gəlir - 35,3 milyon dollar (illik müqayisədə 18,4 faiz az).

Alma - 20,9 min ton çəkidə (illik müqayisədə 5,7 faiz çox); İxracdan əldə edilən gəlir - 8,7 milyon dollar (illik müqayisədə 4,5 faiz çox).

Azərbaycanın xaricdə ən çox tələb olunan xurma məhsulu üzrə ötən ay ixrac baş tutmayıb və ilin ilk dörd ayı üçün ixrac həcmləri dəyişməz olaraq qalıb.

Xurma - 42,3 min ton çəkidə; İxracdan əldə edilən gəlir - 31,9 milyon dollar. İxrac həcmi və ixrac dəyəri 2020-ci ilin ilk dörd ayı ilə müqayisədə 2,3 dəfə çox olub.

Nar - 1,9 min ton; İxracdan əldə edilən gəlir - 3 milyon dollara yaxın.

2021-ci ilin dörd ay ərzində ixrac edilən meyvə-tərəvəz məhsullarından əldə edilən gəlirin həcmi ümumi ixracdan əldə edilən gəlirin 2,1 faizini təşkil edib.скачать dle 11.3
Mojo.az Banner